Vaqif Bağırzadə: “Sirk ustaları yetişdirən studiya açılacaq” – MÜSAHİBƏ – FOTO
Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadənin Lent.az-a müsahibəsi.
- Oktyabrın 22-də Bakı Dövlət Sirki növbəti mövsümünü açır. Budəfəki proqram əvvəlkilərdən nə ilə fərqlənəcək?
- Hər proqram əvvəlkindən nə iləsə fərqli olur. Eyni zonada ayrı-ayrı aktyorların çıxışı belə artıq fərq sayılır. Tryuklarında, nömrənin daha da mürəkkəb olmasında o fərq görünür. Mən həmişə çalışıram ki, proqramlar rəngarəng olsun, bir-birinə bənzəməsin. Hər proqramda da təzə, ya da illərdir burada göstərilməyən bir nömrənin olmasına diqqət yetirirəm. Çalışıram ki, həmyerlilərimizi, sirk ustalarımızı da proqramlara cəlb edim. 2003-cü ildə birinci dəfə məşhur akrobatlar Aslan Abdullayev və Rafiq Əliyev Bakıda çıxış etdi. Rafiq Əliyev Yaponiyada qastrolda olmasına baxmayaraq, icazə alıb bir ay Bakıda qaldı. O vaxt ona Rusiyanın əməkdar artisti fəxri adı verildi. Ad Bakı Dövlət Sirkində təqdim olundu. Əsas odur ki, Azərbaycan sirk ustaları xaricdə müvəffəqiyyət qazanırlar. Sovet dövründə sirk Dövlət Sirk İttifaqına tabe idi. 70 stasionar sirk vardı. konveyer sistemi idi. Ona görə ki, sirk artisti öz nömrəsini bir neçə il ərzində hazırlayır. Ən yüngül nömrə il yarıma alınır. Heyvan təlimçiləri bir nömrəni əsasən 5-6 ilə qoyur. Bəzi əlavələri, dəyişiklikləri nəzərə almasaq, sirk ustası eyni nömrəylə təqaüdə çıxana qədər çıxış edir. Bununla əlaqədar olaraq konveyer sistemi ilə Azərbaycan artistləri də ya bütün proqramla, ya da ayrı-ayrı nömrələrlə müxtəlif ölkələrə qastrola gedirdilər. Eyni nömrəyə, eyni proqrama tamaşaçılarımız hər dəfə baxa bilməz axı? O vaxt asan idi. Hazırda biz müstəqil dövlətik. Çalışırıq daha çox qastrol artistləri çağıraq. Azərbaycan sirk ustalarını da ayrı-ayrı nömrələrlə ümumi proqrama dəvət edirik. 2007-ci ildə isə sirkin 40 illiyilə əlaqədar sirk ustalarımızı bir yerə toplamaq qərarına gəldik və “Biz Bakıdanıq” proqramını yığdıq. Bir neçə qastrola getdilər. Amma bu, çox çətindi. Hərəsi bir sirkdə müqavilə yolu ilə işləyir. Bu müqavilələr də uzun müddətli olur.
- Həmyerlilərimiz olan sirk ustalarını bura cəlb etmək olmazmı ki, ildə bir neçə dəfə gəlib çıxış etməsinlər, daimi iş yerləri bura olsun?
- Mən dedim axı, hər nömrəyə bir-iki dəfə baxmaq olar, artıq yox. Kollektiv daim qastrolda olmalıdır.
- Müqavilə yolu ilə milli kollektiv kimi çalışa bilməzlər ki?
- Akademik Dram, Opera və Balet, Musiqili Komediya, Gənc Tamaşaçılar teatrları öz truppasını yarada bilərlər. Amma sirkdə daimi truppayla hər dəfə eyni nömrə göstərmək mümkün deyil. Onlar daim qastrollarda olmalıdır. 2007-ci ildə azərbaycanlıları yığdım, canla başla işlədilər. Bakı Dövlət Sirkinin adından Latviyaya, Riqaya getdilər. Amma yenə də hər proqramda bizim həmyerlilərimiz də çıxış edir. Budəfəki proqramda da eləcə. “Zolaqlıların Bakı səfəri” maraqlı nömrələrlə zəngindir. 80-ci ildən sonra Bakı Dövlət Sirkində pələnglər olmayıb. Bu dəfə olacaq. İlk dəfə bu proqramda kenquru arenaya çıxacaq. Təlimçi - Rusiyanın əməkdar artisti, həmyerlimiz Rauf Rəsulov yaxşı, orijinal bir nömrə qurub - kenquru rinqdə təlimçi ilə boks oynayır. Dəvəquşu ilə cigitlərin nömrəsi var. Poni və uzunqulağın üstündə meymunlar cigit kimi çıxış edirlər. Yırtıcı heyvanlar da maraqlı olacaq. Ümumiyyətlə, yırtıcı heyvanlarla olan nömrələr çətin nömrələrdi. Axır vaxtlar heyvanların təlimçilərinə hücum etməsilə bağlı xəbərlər də yayılıb. Yeri gəlmişkən, Lvov sirkində baş vermiş hadisəylə bağlı deyim ki, həmin təlimçi Pinko 2 il bundan qabaq bizim sirkdə də çıxış etmişdi. Özü də bahar ayı idi. Bahar ayları heyvanlara çox təsir edir. Onun 9 şiri var. Bizdə 8 şir çıxış etdi. 9-cunun səhnəyə çıxmasına mən icazə vermədim. Maraqlı odur ki, bu şir məşqdə təlimçiyə qulaq asır. Tamaşaçını görəndə şıltaqlıq edirdi. Ona görə də təlimçiyə o şiri nömrəyə çıxarmağa icazə vermədim. Sirk elə bir sənətdir ki, hər şey ola bilər. Hava gimnastı yerə yıxıla bilər, akrobat ayağını sındıra bilər, heyvan təlimçini dişləyə bilər. Sənətin spesifikası var.
- Yeri gəlmişkən, illər öncə Bakı Dövlət Sirkində baş vermiş faciə yadıma düşdü. O cür halların təkrarlanmaması üçün sirkdə hansı qabaqlayıcı tədbirlər görülür?
- Heyvanlarla olan hadisələr təlimçilərin öz sənətidir. Amma elə şeylər var ki, onlar olmaya da bilər. Məsələn, elə yada saldığınız faciəli hadisə. Bu, olmaya bilərdi. Xaricdə, Rusiyada sirklərin hamısında bu attraksionlardan istifadə olunur. Amma ehtiyatı əldən vermək olmaz. Dünyanın hər yerində heyvanlarla şəkil çəkdirmək praktikası var. Amma bizim sirkdə buna icazə verilmir. O şeyin ki, qabaqcadan qarşısını almaq mümkündür, onu edirik. Sirk nömrələrinin hamısında müəyyən qədər risk var. Dorovun sirkində ayı heyvanlara baxan adamı parçalamışdı. Sonra Dorov özü açıqlama vermişdi ki, həkimlərin rəyinə görə, maqnit qasırğası ayıya təsir etmişdi. Yəni, bunlar təbiidir. Amma əlbəttə ki, bizdən asılı olan qabaqlayıcı tədbirlər görülür. Özü də sirkdə hansı janrda olur-olsun “xaltura” yoxdur, mümkün də deyil. Hətta heyvanın yemində də “xaltura” ola bilməz. Heyvanlar ən yaxşı məhsullarla yemlənir. Özü də normativ kitabda göstərilən çəkiyə uyğun olaraq.
- Sirkdə heyvanları saxlamaq üçün normal şərait var?
- Ayrıca otaqlar var, heyvanlar orada saxlanılır. Bütün yemi alınır. Təlimçi özü ac qalar, amma birini növbədə heyvanı yemləyər. Mən buz şousunu bura gətirəndə dünyada yeganə attraksion vardı – ağ ayılar konki ilə buzun üstündə tryuklar göstərirlər. Normativ sənədlə o ayılara qatılaşdırılmış süd verilməliydi. Adi bankalardakı südü alıb verə bilməzdik. 5 cür “squşonnı” alındı. Dadmaq üçün ayıya verildi. Hansını yedisə, o da alındı. Eləcə də başqa yemləri. Ayıların yediyi balıq növü Azərbaycanda yox idi. Dedilər mal əti ilə əvəzləmək olar. Gətirdik, yemədi. Balıq yağı da qatdıq, yemədi. Axırı məlum oldu ki, ancaq dişi inəyin əti olmalıdır.
- Vaqif müəllim, mədəniyyət obyektləri, teatrlar əsaslı təmir olunmaqdadır. Bəs Bakı Dövlət Sirki nə vaxt təmir olunacaq?
- Əsaslı təmir olunmalıdır. Proqramda var. Gözlənilir. Sovet dövründə Bakı Dövlət Sirki Moskvanın tabeliyində idi, indi Mədəniyyət və Turizm Nazirliyinin. Bina tikiləndən bəri cari təmir olunsa da, əsaslı təmir işi aparılmayıb. Əsaslı təmirə ehtiyac duyulur. Amma çalışırıq, hər mövsüm başa çatandan sonra binaya əl gəzdirək. Elektrik, qaz, texniki tərəfdən nəsə olunmalıdırsa, özümüz edirik.
- Proqram müddətində foyedə satılan müxtəlif əşyalar, sular, şirniyyatların qiymətinə kin nəzarət edir? Normal qiymətdən artıq satılır...
- Bizdə normaldan artıq olmur. Bəlkə kimsə çöldə satır, bunun mənə aidiyyatı yoxdur. Burda normal qiymətə satılır, yüksək olmur. Özü də hamısı təzə, keyfiyyətli olur. Ümumiyyətlə, mən çalışıram ki, ticarət az olsun. Amma tamaşaçılar özləri istəyir ki, bufet olsun. Çünki uşaqlar susayır, acır. Onsuz olmaz axı. Mən satılan məhsulların keyfiyyətinə nəzarət edirəm. Bizə bir neçə dəfə müraciət etdilər, nazirlikdən də icazə aldılar ki, sirkdə uşaqlar üçün kitabların, jurnalların satış-sərgisi təşkil olunsun. 100 valideyndən, uşaqdan biri onun yanından keçəndə çönüb baxmırdı. Dünyanın hər yerində sirk ustaları qastrola gedəndə özlərilə satmaq üçün sirkə aid oyuncaqlar və s. aparırlar. Belə şeylərin satışı normaldır, şəkil də çəkdirirlər. Amma biz təhlükəsizlik baxımından şəkil çəkdirməyə icazə vermirik. Hətta artistlər də təəccüblənirlər ki, niyə şəkil çəkməyə icazə verilmir. Bir də tamaşaçıların özləri də müəyyən qədər maariflənməlidirlər. Yadımdan çıxmaz, “İntersirk”in proqramı zamanı təlimçi timsahı manejin kənarı ilə aparırdı. Bir orta yaşlı qadın da əlini uzadıb timsahın quyruğundan yapışdı. Axı 2 min tamaşaçının hamısının əlinə nəzarət etmək olmaz. Tamaşaçı özü də fikirləşməlidir ki, bu, sovetin dövründən beyinlərində həkk olunmuş “krakadil Gena”, sevimli ayı balası – “mişka” deyil, yırtıcı heyvanlardır.
- Bu cür halların olmaması, təhlükəsizliyin qorunması üçün arenanı “setkalamaq” olmaz?
- Olar təbii ki. Bu proqram zamanı da qoruyucu setkalardan istifadə olunacaq. Amma bu da heyvana baxır. Elə nömrələr var ki, məsələn, şir, pələng çıxış edirsə, onda qoruyucu “setkalar” mütləq olmalıdır. Amma ayıların çıxışı zamanı dünyanın heç bir sirkində qoruyucu “setkalardan” istifadə edilmir. Ən əsası isə tamaşaçılar heyvanları qıcıqlandırmamalıdır. Lazer işığından, fotoaparatın işığından heyvanlar qıcıqlanır, qorxur. Ya da artist 18 metr hündürlükdə olduğu vaxt bir də gördün lazer işığını artistin düz gözünə salırlar. Düzdür işçilər axtarırlar, qoymurlar, mümkün qədər qarşısını alırlar. Amma tamaşaçının özü də bunu anlamalıdır axı. Tamaşaçı başa düşmür ki, bu artist çətin bir nömrə göstərir. Bunu etmək nə qədər etikdir?
- Bəs sirkdə də satılan rəngli işıqları olan oyuncaqlar heyvanlara təsir etmir ki?
- Yox. Onlar lazer işığı deyil. Mən kənarda satılan lazer işıqlarını nəzərdə tuturam. Onlar burda satılmır. Amma onu da deyim ki, artistlər tamaşaçılardan razıdırlar. Deyirlər, çox həssas, istiqanlı tamaşaçılarınız var, yeganə şəhər Bakıdır ki, burda artistə gül-çiçək vermək ənənəsi qalıb.
- Ümumiyyətlə, tamaşaçılarımızın sirkə böyük marağı var, bunu danmaq olmaz. Biletlər də əvvəldən satılıb qurtarır. O marağı nəzərə alaraq neyləmək olar ki, proqram mövsümü xarakter daşımasın, tətildən tətilə nümayiş olunmasın? Teatr tamaşaları necə, sirk proqramı da elə olsun. Sirkin özünün daimi kollektivi formalaşsın.
- Sirk elə bir janrdır ki, onun artistləri bir yerdən başqa yerə keçməlidirlər. Bir yerdə daimi qalmırlar.
- Bəs başqa ölkələrdə yaşayan həmyerlilərimiz öləndən sonra onları kim əvəz edəcək?
- Yeni nəsil yetişir. Özü də yeni nəsil sirkin özündə yetişir. Rusiyanın əməkdar artisti Rafiq Əliyevin uşaqlarının 3-ü də sirk artistidir. Fuad Nəzərovun oğlu, qızı, nəvələri, yoldaşı da sirk artistidir. Bu proqramda çıxış edən Rauf Rəsulov Ağasalah Rəsulovun oğludur. Eləcə də o biriləri. Əsasən nəsildən nəslə keçir bu sənət.
- Onlar burada yaşamırlar və ayrı-ayrı sirkləri təmsil edirlər.
- Necə yaşamırlar? Onların hamısının burda evi var.
- Amma Bakı Dövlət Sirkini yox, məsələn, Nikulin sirkini təmsil edirlər. Mən Bakı Dövlət Sirkinin burada yaşayan, ştatlı işçisi olan, daimi kollektivini nəzərdə tuturam. O kollektivi formalaşdırmaq olmaz? Ya da İncəsənət Universitetində sirk ustalarını yetişdirən ayrıca bir fakültənin açılması nə dərəcədə real bir şeydir?
- Siz düz deyirsiz. Mənim sirk fakültəsi, sirk sinfi yox, Bakı Dövlət Sirkinin nəzdində studiya açmaq fikrim var. O studiya sirk ustalarını yetişdirsin. Ancaq onlar da Bakıda qalmayacaqlar, qastrollara gedəcəklər. Amma o studiya yaranmalıdır, proqramda var. Buna şərait lazımdır. Təmirdən sonra bu studiyanı açmağa çalışacam. Buna mümkünat da var.
- Bəs dərs keçəcək, öyrədəcək peşəkarlar necə?
- Dərs deyə biləcək müəllimlər də var. Məşhur ekvilibrist-akrobat Ağasalah Rəsulov, Xaçmazda yaşayan kəndirbaz Maksim, Elşən Nəsirov və başqaları var. Yəni, buna bir az vaxt, səbr və möhlət lazımdır. Bu iş planda var idi. Sadəcə təmirə görə dayandıq. Fikirləşdik ki, studiyanı açaq, təmir başlayanda iki il məşq etmək imkanı olmayacaq. Belə başlamaqdansa, başlamamaq daha yaxşıdı. Məşqlər daim olmalıdır, dağılmamalıdır. Elə uşaqlar var ki, 6-7 yaşdan götürmək lazımdır.
- Mən bayaqkı fikrimə dönürəm yenə. Onu soruşmaq istəyirəm ki, haçana qədər xaricdən sirk proqramı gələcək. Nə vaxtsa Azərbaycanın özünün sirki olmayacaq?
- Heç bir Qərb ölkəsinin öz stasionar sirki yoxdu. Nə Avropada, Şərqdə, nə də Türkiyədə sirk binası, sirk ustaları yoxdur. İtalyan sirkinin proqramında da ukraynalı, rus, belarus, latış çıxış edir, ad da olur İtaliya sirki. İstənilən ölkə istənilən artisti müqavilə ilə işlədə bilər. Siz daimi sirkdən danışdız. Yayda Azərbaycanda heç vaxt sirk olmayıb. Hətta sovet dövründə də. Çünki yayda Bakı əhalisinin əksəriyyəti istirahətdə olur. Bir də şimal mühitinə alışmış heyvanları isti havada saxlamaq olmaz. Sirk həmişə, hər yerdə mövsümü fəaliyyət göstərir. Bunu da qeyd edim ki, proqram gətirmək həddən artıq çətin bir prosesdir. Qısaca deyim: tam heyətli heyvanı gətirmək üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq İdarəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Mühafizəsi İdarəsinə müraciət edirik. Onlar da bizim müraciətə əsasən məsələn, Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin müvafiq idarəsinə məktub göndərirlər. Heyvanlar da bura gətirilməmişdən bir ay qabaq karantində saxlanmalıdır. Bundan başqa lazımi nəqliyyat tapılmalıdır. Müqavilə də müəyyən müddət üçün bağlanır. Heç bir artist 25 tamaşadan az proqrama getmir. Bir proqramı yola salandan sonra isə dərhal növbəti proqram barədə düşünməyə başlayırıq. Sirk sənəti həqiqətən də çox çətin sənətdir. Burda rəhbər işləmək də çox böyük məsuliyyətdir.
Xəyalə Muradlı

2340