Azərbaycanda Özbəkistan kinosu günləri başlayır
Bu münasibətlə “Özbəkkino” Milli Agentliyinin Baş direktorunun müavini, Özbəkistanın əməkdar mədəniyyət xadimi Cahangir Kasımovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 25-də Bakıya gələcək. Nümayəndə heyətinə Özbəkistanın xalq artisti, aktyor Ulmas Əlixodjayev, Özbəkistanın Əməkdar incəsənət xadimi, kinorejissor Kamara Kamalova, rejissor və aktyor Mansur Abduxalikov daxildir.
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda Özbəkistan kinosu günlərinin qeyd olunması ilə bağlı tədbirlər planı hazırlayıb. Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun Lent.az-a verdiyi məlumata görə, oktyabrın 25-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Özbəkistan nümayəndə heyətini qəbul edəcək. Həmin gün Dövlət Film Fondunda da özbək qonaqlarla görüş olacaq. Özbəkistan kino günlərinin təntənəli açılış mərasimi oktyabrın 25-də saat 19.00-da Gənc Tamaşaçılar Teatrında baş tutacaq.
Oktyabrın 26-da Özbəkistan nümayəndə heyətinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, “Azərbaycanfilm” kinostudiyasında görüşləri olacaq. Qonaqlar İçəri şəhər, Şirvanşahlar sarayı, Müasir İncəsənət Muzeyinə baş çəkəcək, dahi özbək şairi Əlişir Nəvainin Bakıdakı abidəsini ziyarət edəcəklər.
Azərbaycanda Özbəkistan kinosu günləri çərçivəsində nümayəndə heyətinin oktyabrın 27-də İsmayıllı şəhərinə səfəri də planlaşdırılır. Səfərin sonuncu günü “Qala” tarix – etnoqrafiya qoruğu və Atəşgaha ekskursiya təşkil olunacaq, kino günləri ilə bağlı mətbuat konfransı keçiriləcək.
Özbəkistan kinosu günləri çərçivəsində bu ölkə kinematoqrafçılarının bədii, sənədli və cizgi filmləri nümayiş olunacaq. Oktyabrın 25-də Gənc Tamaşaçılar Teatrında “Səma altında yol” (bədii), 26-da “Azərbaycan” kinoteatrında “Ötən günlər” (bədii), “Şərq dürdanəsi” (sənədli), 27-də “18-ci kvadrat” (bədii), “Registan. Səmərqənd gövhəri” (sənədli) filmləri nümayiş olunacaq. “Özbəkistan çizgi filmləri günü” isə oktyabrın 26-da 236 nömrəli məktəbdə keçəcək.
Xəyalə

Oxşar yazılar

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55