Xalq artistimiz “Qarabağ-Azərbaycan-İstanbul” Teatrında
Bu özəl qurum qardaş Türkiyədə Azərbaycan mədəniyyətinin təbliğinə xidmət göstərməklə, Qarabağ həqiqətlərini dünyaya yaymaqda müəyyən rol oynayacaq. Teatrın tamaşalarında iştirak etmək üçün türk aktyorlarla yanaşı, Azərbaycan sənətçiləri də dəvət olunublar. Musiqili Komediya Teatrının aktrisası, uzun illər Ağdam Dövlət Dram Teatrında çalışmış xalq artisti Fatma Mahmudova da bu məqsədlə İstanbula gedəcək.
Musiqili Komediya Teatrının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Fatma Mahmudova teatrın ilk tamaşasında ana surətini yaradacaq. Aktrisa yeni tamaşanın məşqlərində iştirak etmək üçün bu gün İstanbula yola düşüb.
Fatma Mahmudova 1968-ci ildə Ağdam Dövlət Dram Teatrında aktrisa kimi yaradıcılıq fəaliyyətinə başlayıb. Orada “Dağılan Tifaq”da Sona xanım, “Fərhad və Şirin”də Məryəm, “Solğun Çiçəklər”də Sara, “Qaçaq Nəbi”də Həcər, “Təhminə və Zaur”da Təhminə, “Qismət”də Ana və bu kimi digər obrazlar yaradıb. Aktrisa 1994-cü ildən isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır.
Xəyalə

Oxşar yazılar

Kann kinofestivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43