“Sınıqqala” yenidən qurulur
İçəri Şəhərdə el arasında “Sınıqqala” kimi tanınan “Məhəmməd” məscidində əsaslı bərpa və yenidənqurma işləri aparılır. XI əsrdə Məhəmməd Əbubəkr oğlu tərəfindən inşa olunan ibadət ocağının bərpası “İçəri Şəhər Tarixi Memarlıq Qoruğu” ərazisində aparılan restavrasiya işləri çərçivəsində aparılır.
“İçəri Şəhər Tarixi Memarlıq Qoruğu” İdarəsindən Lent.az-a bildiriblər ki, bərpa işlərinə başlamazdan əvvəl xarici mütəxəssislərin iştirakı ilə abidənin vəziyyəti müayinə olunub, ərazidə ölçmə-tədqiqat işləri aparılıb. Bu ilin mart ayında isə Almaniyanın “Rammers” şirkətinin və yerli mütəxəssislər iştirakı ilə bərpa işlərinə start verilib.
Hazırda “Məhəmməd” məscidinin fasad hissəsində və günbəzdə bərpa və yenidənqurma işləri başa çatmaq üzrədir. Bu mərhələ üzrə işlər ilin sonunadək tam şəkildə yekunlaşacaq. Növbəti mərhələdə isə bərpa işləri məscidin içəri hissəsində aparılacaq.
Elxan SALAHOV

Oxşar yazılar

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55