Həvəskar rəssamlar və xalq tətbiqi sənəti ustaları mükafatlandırıldılar
Lent.az-ın məlumatına görə, sərgini giriş sözü ilə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva açıb. O bildirib ki, ilk belə sərgi 2008-ci ildə təşkil edilib. İkinci dəfə baş tutan bu sərginin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzidir.
Nazir müavini sərgidə 70-dən çox müəllifin 300-ə yaxın müxtəlif janrda əl işlərinin nümayiş olunduğunu deyib. Qeyd edib ki, sərgidə rəngkarlıq və qrafika əsərləri ilə yanaşı heykəltəraşlıq, xalçaçılıq, zərgərlik, naqqaşlıq, dulusçuluq, bədii tikmə və digər tətbiqi sənət nümunələrinə geniş yer ayrılıb.
Daha sonra Sevda Məmmədəliyeva beş nominasiya üzrə keçirilən sərgi-müsabiqənin qaliblərinin adlarını açıqlayıb. Görkəmli rəssamlardan ibarət münsiflər heyətinin qərarına əsasən müəyyənləşən qaliblərə 1-ci, 2-ci və 3-cü dərəcəli diplomlar, pul mükafatları verilib. Bir neçə nəfərə isə həvəsləndirici mükafat və diplom təqdim olunub.
Qeyd edək ki, sərgi iki gün davam edəcək.
Xəyalə

Oxşar yazılar

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55