
Baloğlan Əşrəfov solo konsert verəcək
Sənətçi tamaşaçılar qarşısına yeni repertuarla çıxacaq. Müğənninin həmişə olduğu kimi, öz ansamblı müşayiət edəcək. Muğam Teatrının direktoru Arif Qazıyevin Lent.az-a verdiyi məlumata görə, teatrda mütəmadi olaraq keçirilən bu cür konsertlərdən fərqli olaraq, budəfəki konsert pullu olacaq. Biletlərin qiyməti 30 manatdır: “Onu deyə bilərəm ki, tamaşaçılar konsertdən xüsusi zövq alacaq. Mahnıların hamısı canlı səslənəcək. Fonoqramdan qətiyyən istifadə olunmayacaq. Özü də konsert axşam saat 9-da başlayacaq və 2 saat davam edəcək”.
Arif Qazıyevin sözlərinə görə, teatrda həftədə bir dəfə bu cür konsertlərin təşkil olunması planlaşdırılır. Bundan başqa gələn ay Muğam Teatrı Arif Babayevin yaradıcılıq, Əbülfət Əliyevin, Qulu Əsgərovun xatirə gecələrini keçirəcək.
Xəyalə
Arif Qazıyevin sözlərinə görə, teatrda həftədə bir dəfə bu cür konsertlərin təşkil olunması planlaşdırılır. Bundan başqa gələn ay Muğam Teatrı Arif Babayevin yaradıcılıq, Əbülfət Əliyevin, Qulu Əsgərovun xatirə gecələrini keçirəcək.
Xəyalə
Oxşar yazılar

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55