Yapon sənətçisi Azərbaycanda pulsuz konsert verəcək
Lent.az-ın məlumatına görə, Koguryo Sülaləsinin şahzadəsi olan sənətçi xanım bu gün mətbuat nümayəndələri ilə görüşüb.
Konsertdə onu məşhur Yaponiya pianoçusu İdaki Şin müşayiət edəcək. Qeyd edək ki, konsert Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Mətbuat konfransında bildirilib ki, bu cür pulsuz konsertlər 400-500 ölkədə keçirilib. O, ailəsindən qalan sərvəti “Sülhə çağırış” şüarı ilə ictimai-sosial tədbirlərə sərf etmək əzmindədir.
Yaponiyalı xanım Şəkidə olub və sözügedən şəhəri gəzdiyi şəhərlərin ən yaxşısı hesab edir. Konsertdə sənətçi məxsusi olaraq Azərbaycana həsr etdiyi poemanı səsləndirəcək. Yaponca şeirlər səhnədə qurulacaq iki monitorla Azərbaycan dilinə sinxron tərcümə olunacaq.
Mətbuat konfransında açıqlanıb ki, sənətçi hər konsertə 30 min manata yaxın pul xərcləyir.
Lalə Yusifqızı

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11