Mənsum İbrahimovun yubileyi Gəncədə qeyd edilib
Mənsum İbrahimovun Lent.az-a verdiyi məlumata görə, tədbir Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Universiteti tərəfindən təşkil olunub.
Bakıdan gedən qonaqlar sırasında Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Arif Babayev, Aygün Bayramova, Təyyar Bayramov, Aytən Məhərrəmova, Elməddin İbrahimli, Elçin Həşimov, Elnur Əhmədov, Kamran Kərimov və Tural Abbasov olub. Mənsum İbrahimovun sözlərinə görə, nümayəndə heyəti ilk olaraq Nizaminin məqbərəsini ziyarət edib. Bundan başqa Gəncə Dövlət Universitetində də görüş olub. Daha sonra isə yubiley tədbiri keçirilib: “Tədbir Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının binasında baş tutdu. 700 nəfərlik salon gəncəlilər tərəfindən dolmuşdu. Tədbir çox maraqlı keçdi. İlk olaraq mənə həsr olunmuş 18 dəqiqəlik film göstərildi. Müxtəlif çıxışlar, ifalar oldu. Gəncənin azyaşlı uşaqlarının oxuduğu “Qarabağ şikəstəsi” də yaddaqalan idi”.
Tədbirin son ifası isə yubilyarın özünə məxsus olub. Mənsum İbrahimovun çıxışı böyük maraqla qarşılanıb.
Xanəndə onu da bildirib ki, növbəti yubiley tədbiri Milli Konservatoriya və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçiriləcək.
Xəyalə Muradlı

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11