“Aktyorluq sənəti getdikcə sanbalını itirir”
18 yanvar 2010 14:15 (UTC +04:00)

“Aktyorluq sənəti getdikcə sanbalını itirir”

Azərbaycan Kinoaktyorlar Gildiyasının katibliyinin iclası keçirilib.


İclasda təşkilatın cari işləri, ilboyu keçiriləcək tədbirlər, ofis problemi və digər məsələlər müzakirə olunub. Kinoaktyorlar Gildiyasının sədri Həmidə Ömərovanın Lent.az-a verdiyi məlumata görə, təşkilat mart ayından başlayaraq, bir neçə aktyorun yaradıcılıq gecəsini keçirəcək. Bu səpkili tədbirlərin keçirilməsi aktyorların tamaşaçılarla ünsiyyətini təmin etmək, eyni zamanda cəmiyyətdə aktyorlara qarşı olan münasibəti gündəmə gətirmək məqsədi daşıyır: “Sağ ikən aktyorların qədrini bilmirlər. Öləndən sonra onun haqqında yüksək fikirlər söyləyirlər. Aktyora hələ sağ ikən qiymət vermək, onların problemlərini həll etmək lazımdır. İndi aktyorlar məcburiyyətdən, özlərini, ailələrini dolandırmaq üçün toylara gedir, tamadalıq edirlər. Bunlar sənətdən kənar işlərdir. Aktyorluq böyük bir sənətdir, peşəkarlıqdır. Amma təəssüf ki, aktyorluq sənəti getdikcə öz sanbalını, çəkisini itirir. Ona görə də bu sənətə olan hörməti yüksəltmək lazımdır”.


Həmidə Ömərova rəhbərlik etdiyi gildiyanın “actor.az” ünvanında elektron saytının da yarandığını qeyd edibi: ”Saytda qeyri-peşəkarlar bölümü də var. Bura 7-dən 17-ə kimi aktyorluq arzusunda olan uşaqlar özləri haqda məlumatları göndərə bilərlər. Nə vaxtsa lazım olarsa, onlardan filmlərin kütləvi səhnələrində istifadə edəcəklər”.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 992

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21