Naxçıvanda 15 metrlik yolka qurulub
Muxtar Respublikanın mədəniyyət müəssisələri yeni ildə uşaqları sevindirəcək
Naxçıvan Muxtar Respublikasının (NMR) mədəniyyət müəssisələri yeni ilə hazırlaşır. NMR Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əli Rzayevin Lent.az-a verdiyi məlumata görə, tətil günlərində mədəniyyət müəssisələri müxtəlif tədbirlərlə uşaqları sevindirəcək.
Bayram günlərində Naxçıvan Dövlət Uşaq Teatrının kollektivi müəllifi NMR-in əməkdar artisti Vüsal Rzayevin “Yeni il sərgüzəştləri” tamaşasını təqdim edəcək.
Yanvarın ilk günlərində Naxçıvan Dövlət Kukla Teatrı isə Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” əsərinin nümayişi ilə balacaları sevindirəcək.
Naxçıvan şəhərində bayram şənlikləri çərçivəsində Naxçıvan şəhərindəki Gənclik Mərkəzində məktəblilərin qış tətili günlərində müxtəlif animasiya filmlərinin nümayiş etdirilməsi planlaşdırılıb.
Yeni il münasibəti ilə Naxçıvan şəhərinin mərkəzində 15 metr hündürlüyündə yolka da qurulub.
Fariz YUNİSLİ

Oxşar yazılar

Məşhur rejissor ikinci dəfə ata oldu - FOTO
5 iyul 2022 , 16:02
Bu sözləri lənkəranlılardan eşidəndə çaşmayın - Bizim ellər
5 iyul 2022 , 14:09
Cüneyt Arkının 300 arvadı varmış?
5 iyul 2022 , 12:56"Gəlin 40 kişinin arasından keçib getməli deyil" - MÜSAHİBƏ
4 iyul 2022 , 17:15
Müğənni Xan Bəyli "Azercell"in "Instagram" səhifəsində pərəstişkarları ilə görüşdü®
2 iyul 2022 , 16:07
Burak Özçivit Bakıdadır
2 iyul 2022 , 11:05
Arif Babayev rus balasına necə bəy tərifi elədi? - Gülməcələr
1 iyul 2022 , 18:20