“Alüminium”  Beynəlxalq Müasir İncəsənət Biennalesi başlayır
11 dekabr 2012 10:44 (UTC +04:00)

“Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi başlayır

Bakıda "Alüminium" V Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2003-cü ildən etibarən hər iki ildən bir keçirilən "Alüminium" Beynəlxalq Müasir İncəsənət Biennalesi artıq ənənə şəklini alıb və Azərbaycana dünyanın onlarla ölkəsindən olan rəssamları, sənətşünasları, kuratorları cəlb edib. Həmin tədbirlər ölkəmizdə ənənəvi incəsənətlə yanaşı müasir sənətin inkişafı haqqında beynəlxalq nüfuza malik olan mütəxəssislərdə ətraflı təsəvvür yaradıb, həm əcnəbi, həm də yerli yaradıcı insanlara yeni yaradıcılıq impulsu verib.

Bakıda keçiriləcək biennaledə Avropa və Asiya ölkələrindən olan rəssamların, sənətşünasların və kuratorların iştirakı nəzərdə tutulur.
Biennalenin təşkilatçıları, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı "Yarat!" Yaradıcılıq Məkanıdır.

Biennale çərçivəsində Bakı şəhərindəki 15 qalereyada sərgilər təşkil olunacaq:

1. Muzey Mərkəzinin Sərgi Qalereyası
2. "Yarat!" Müasir İncəsənət Məkanı
3. Müasir İncəsənət Mərkəzi və Birləşmiş Rəssamlar Klubu
4. Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonu
5. "ART SALON" Müasir İncəsənət Mərkəzi
6. "Yeni Gallery" Bakı İncəsənət Mərkəzi
7. "Abşeron" Qalereyası
8. "Qız Qalası" Qalereyası
9. ART Group
10. "Kiçik QalART"
11. "Bakı" Qalereyası
12. "LN" İncəsənət Mərkəzi
13. "Baku Creative Centre"
14. "Art Council"
15. "Yay Gallery" Qalereyası
Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 964

Oxşar yazılar