Fazil Mustafa: “Kaş ki, aktyorlar hazırcavablıqla haqlıcavablılığı qarışdırmayaydılar”
“Bu gün Bakı şəhər İcra Hakimiyyəti başçısına məktubu göndərdim. Ona görə də cavab gələnə qədər istərdim ki, bu mövzuda müzakirələri dayandıraq. Mövqeyimizə dəstək verən və ya verməyən hər kəsə təşəkkür edirəm. Əslində bu elə məsələdir ki, burada qərəzli mövqe sərgiləmək, el sözü ilə desək "nala-mıxa" vurmaq mümkün deyil. Heç kimsənin sənətinə qarışmadan sadə bir sualı cavablandırmar lazım idi: kişinin qadın paltarı ilə reklamının şəhərimizi bəzəməsini yumşaq desək, bəyənirsən, ya bəyənmirsən. Bəyənənlər də, bəyənməyənlər də mövqelərini bildirdi”.
Lent.az-ın məlumatına görə, bunu millət vəkili Fazil Mustafa özünün “facebook” səhifəsində aktyorlar Rəfael və Coşqunun qadın paltarında çəkildiyi reklamlara etiraz etməsi ilə bağlı müzakirələrə münasibət bildirərkən yazıb.
Millət vəkili qeyd edib ki, ona cavab olaraq verilən açıqlamalarda məyusedici bir xüsusiyyət var: “Kaş ki, hörmətli aktyorlar və ya onların sözçüləri hazırcavablıqla haqlıcavablılığı qarışdırmayaydılar və ifadələrini dəqiq cilalayandan sonra açıqlama verəydilər. Yoxsa "Oqtay müəllimə ərizə yazaq ki, onu işdən çıxarsın?" (???) Yaxud "O, yalnız Sabunçu sakinləri adından danışa bilər, millətin adından danışa bilməz" (???) kimi sadə bir məntiq testindən keçə bilməyəcək üslubda cavab verməzdilər. Bu o deməkdir ki, mən bu gün seçicilər qəbul edərkən ayrı-ayrı rayonların sakinlərinin problemlərini dinləmədən geri qaytarmalıydım, hər gün müxtəlif bölgələrdən olan insanlarından aldığım ərizələrə "Öz deputatınıza yazın!" dərkənarı qoymalıydım”.
Millət vəkili məsələ ilə bağlı aktyorların reklamına çəkildiyi "Azercell" şirkətinin rəsmilərinin öz mövqeyini açıqlamasını gözlədiyini də qeyd edib.

Oxşar yazılar

Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15
Maykl Ceksonun ölümündən iki gün əvvəl çəkilən VİDEOSU: pərəstişkarlarını şoka saldı
2 iyun 2025 , 19:59
Ən çox QAZANAN kino aktrisaları - SİYAHI
2 iyun 2025 , 17:01