Tiflisdə Aşıq Kamandarın 80 illiyi qeyd olunub
Gürcüstan paytaxtında Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin dəstəyi və Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Aşıq Kamandarın 80 illiyinə həsr olunan daha bir tədbir keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın cəzaların icrası və hüquqi yardım naziri Sozar Subari, Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi naziri, yazıçı Quram Odişariya, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin nümayəndəsi Şövqi Mehdizadə, AMEA Folklor İnstitutunun əməkdaşı Elxan Məmmədli və digər qonaqlar çıxış ediblər.
Nazir Sozar Subari çıxışında gürcü və azərbaycanlıların Gürcüstanda əsrlərlə birgə yaşadığını və Aşıq Kamandar kimi sənətkarın yaradıcılığının həm də hər iki millətin birgə mədəniyyətinin nümunəsi olduğunu bildirib: “Bu mədəniyyət gələcəkdə bizim bütövlüyümüzü təmin edəcək və biz daha sıx birləşərək, Gürcüstanın inkişafı üçün çalışacağıq”.
Mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya çıxışında Azərbaycan musiqisi ilə yaxşı tanış olduğunu və Bakıda olarkən Azərbaycan musiqisini çox dinlədiyini söyləyib: “Məni bu tədbirə dəvət etdiyiniz üçün təşəkkürümü bildirirəm. Mən sazı çox sevirəm. Dəfələrlə Gürcüstanda yaşayan azərbaycanlılar arasında sazı dinləmişəm. Düşünürəm ki, belə tədbirlər davamlı olacaq. Biz birlikdə gürcü və Azərbaycan musiqilərini dinləyib kədərlənəcək və sevinəcəyik. Mən bu məclisdə bəyan etmək istəyirəm ki, nazirlik tərəfindən Aşıq Kamandarın Ev Muzeyi qeydiyyata alınacaq və ona status veriləcək. Daha sonra bir xəbəri də sizə çatdırmaq istəyirəm ki, jurnalist Ramilə Əliyeva nazirliyin nəzdində fəaliyyət göstərəcək komissiyalardan birinin üzvü olacaq və Azərbaycan mədəniyyətini təbliğ və yaymaqda bizə kömək edəcək”.
Tədbirdə Azərbaycandan gələn muğam triosu, Gürcüstanda fəaliyyət göstərən “Ceyran”, “Sarvan” və Rustavidə fəaliyyət göstərən gürcü uşaqlarının çıxış etdiyi “Cücələrim” ansamblı müxtəlif rəqslər nümayiş etdiriblər. Yubiley tədbirində Azərbaycandan gələn qonaqlar və Gürcüstan aşıqları da çıxış ediblər.
Tədbirdə Aşıq Kamandar yaradıcılığından bəhs edən film nümayiş olunub.

Oxşar yazılar

Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi
21 aprel 2025 , 17:53
Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO
21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola çəkiləcək
21 aprel 2025 , 13:34
Sevgi haqqında deyilmiş 7 aforizm
20 aprel 2025 , 19:23
Xəstəliklərinə görə kariyeralarını bitirən ULDUZLAR
20 aprel 2025 , 11:07
Dahilərdən yumor haqqında 10 aforizm
18 aprel 2025 , 18:24
Mehriban Xanlarova və Münəvvər Əliyeva nazirə şikayət etdi
18 aprel 2025 , 16:30