Azərbaycan kinoları ilə Londonda təbliğ olunub
Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi, Mədəniyyət və Turizm nazirliyi, Avropa-Azərbaycan Cəmiyyəti və Londonda fəaliyyət göstərən Azərbaycan Mədəniyyətlərarası Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan London Film Festivalı keçirilib. Bu barədə APA Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə istinadən məlumat verir.
Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov tədbirdə çıxış edərək, kino sənətinin 20-ci əsrdə dünya mədəniyyətinin inkişafında misilsiz rol oynadığını qeyd edib, Azərbaycan kinosunun da bu baxımdan istisna olmadığını və dünya kinematoqrafiyasına böyük töhfə verdiyini iştirakçıların diqqətinə çatdırıb.
Azərbaycan London Film Festivalının ilk dəfə keçirildiyini və yerli tamaşaçıları Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış etmək üçün bu kimi tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayan səfir, zəngin tarixə malik Azərbaycan film janrının Böyük Britaniya tamaşaçılarına təqdim olunması baxımından gələcəkdə belə festivalların mütəmadi təşkil olunmasını vacib hesab etdiyini bildirib.
Londonda ilk dəfə keçirilən Festival Azərbaycan kino sənəti nümunələrinin Böyük Britaniyada təbliğ etmək imkanı yaratmışdır. 4 gün davam edərək uğurla başa çatmış Festivalda Azərbaycan kinematoqrafçıları tərəfindən ekranlaşdırılan 8 bədii və sənədli film nümayiş etdirilib. Nümayiş olunan filmlər iştirakçıların böyük marağına səbəb olub.

Oxşar yazılar

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO
16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO
16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO
16 iyul 2025 , 11:25
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19
Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51