Belarusun balet ulduzları Bakıda çıxış edəcəklər
05 noyabr 2012 14:41 (UTC +04:00)

Belarusun balet ulduzları Bakıda çıxış edəcəklər

Noyabrın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında balet həvəskarlarının çox sevdikləri L.Minkusun “Don Kixot” baletinin tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tamaşada əsas partiyaları ifa etmək üçün Teatrın rəhbərliyi Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri Yekaterina Oleynik və Konstantin Kuznetsovu dəvət edib.
Kitri partiyasını ifa edəcək Yekaterina Oleynik Belarus Teatrının ən parlaq solistlərindən biridir. 2011-ci ildə Y.Oleynik yaradıcılıq nailiyyətləri və yüksək professional ustalığına görə Fransiska Skorina medalı ilə təltif edilib.
Tamaşada Bazil rolunu Belarusun əməkdar artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Konstantin Kuznetsov ifa edəcək.
Tamaşanın dirijoru isə Belarusun Xalq Artisti, professor Vyaçeslav Voliçdir.
“Don Kixot” baletinin tamaşası Azərbaycan və Belarus Opera və Balet Teatrlarının rəhbərliyi arasında imzalanmış memorandum çərçivəsində baş tutacaq.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1209

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21