Məleykə Əsədova: “Bir-birimizi yaxından tanımalıyıq” - FOTO
Akademik Milli Dram Teatrının akstirsası, xalq artisti Melykə Əsədova Hollandiyada bir sıra radio verilişlərinin qonağı olub. Bu barədə Lent.az-a açıqlama verən xalq artisti bildirib ki, sentyabr ayında qatıldığı proqramda o, Azərbaycan mədəniyyəti, teatrı haqqında ətraflı məlumat verib. Səfəri çərçivəsində aktrisa həmin ölkədə keçirilən gözəllik müsabiqəsində münsif kimi dəvət alıb. Lakin xalq artisti bu dəvətdən imtina edib: “Bu gün mənim üçün əsas iş qızım Gülərin tərbiyəsidir. Ona görə də mən heç vaxt onu tək qoyub gedə bilmərəm. Baxmayaraq ki, tətilə çıxanda onu da aparıram. Amma uzunmüddətli işlərlə bağlı, onu tək qoyub gedə bilmərəm. Qızım mənim sənətimdən qat-qat yüksəklərdə dayanır”.
Aktrisanın ailə həyatını nə vaxt quracağına gəlincə isə xalq artisti bu suala belə cavab verib: “Birinci dəfə ailə həyatım uğursuz olduğu üçün, ikinci dəfə belə bir səhv etməmək üçün diqqətlə düşünürəm. Çünki o, mənim tanımadığım insan olduğu üçün hazırda zamana ehtiyacım var. Daha dəqiq fikirləşmək, doğru qərara gəlmək üçün biz bir-birimizi yaxından tanımalıyıq. Əgər uğurlu alınarsa, o zaman qərar verəcəyəm. Amma hər şeydən öncə mən bir aktrisayam. Ailə həyatımla bağlı məsələləri müzakirə etməyi sevmirəm. Mən öz sənətimlə, tamaşalarımla gündəmdə qalmaq istəyirəm. Hazırda Azdrama-dakı tamaşalarıma hazırlaşıram. Məni sevənlərin hamısını tamaşaya dəvət edirəm. Qoy insanların xatirində öz tamaşalarımla qalım”.
Jalə

Oxşar yazılar

Afroditanın eşq hekayəsi: Xəyanət, tutqu...
11 aprel 2025 , 19:59
Əhvalınızı yüksəldəcək 5 film -VİDEO
11 aprel 2025 , 18:42“Cavidi evdən aparanda Mişkinaz xanım saatı dayandırıb” – Hüseyn Cavidin ev-muzeyindən REPORTAJ
11 aprel 2025 , 17:06
“Acından ürəyim getdi, Xalq artisti mənə yemək aldı” - Əməkdar artistlə MÜSAHİBƏ
11 aprel 2025 , 14:04
"Oskar" mükafatlarına yeni kateqoriya əlavə edildi
11 aprel 2025 , 12:23Cek Londonun həyat və müdrikliklə bağlı 7 fikiri
10 aprel 2025 , 18:53