Yaxşı yatmaq üçün axşamlar çaya nə qatmaq olar?
17 iyun 2024 11:49 (UTC +04:00)

Yaxşı yatmaq üçün axşamlar çaya nə qatmaq olar?

Bir çox insan axşamlar çay içməkdən qorxurlar. Çünki gümrahlaşıb, yuxularının qaçmasından çəkinirlər. Lakin çayı müəyyən qaydalarla dəmləsəniz, problem yaranmaz. Əksinə şirin yuxu üçün faydalı olar.

Lent.az xalq təbabətindən bir neçə faydalı məsləhəti təqdim edir.

Mayaotu

Çoxları yəqin ki, mayaotunun rahatlaşdırıcı təsirə malik olduğunu eşidib. Mükəmməl yuxu üçün hətta az miqdarda mayaotu dəmləməsi kifayətdir.

Sarıkök

Sarıkökün yumşaq sakitləşdirici təsiri var. Buna görə də, bir fincan çaya kiçik miqdarda əlavə etsəniz rahat yuxulayarsınız.

Melisa ilə nanə

Melisa və nanə öz təsirinə, dadına və qoxusuna görə oxşardır və klassik sakitləşdirici bitkilər sayılırlar.

Lavanta

Yatmazdan öncə lavanta çayı içmək əsəbləri sakitləşdiri və yuxu verir. Bundan əlavə almalı və südlü çay da şirin yuxu gətirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 47808
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar