Venera buludlarında “sunami” aşkarlandı
28 mart 2023 06:31 (UTC +04:00)

Venera buludlarında “sunami” aşkarlandı

İspaniyadan olan alimlər qrupu Venera buludlarının tədrici inkişafının, xüsusən planetin ən dərin buludlarında yayılan “sunami”nin əmələ gəlməsi ilə bağlı nəhəng atmosfer dalğalarının ilk ətraflı tədqiqatını təqdim ediblər. Hesab olunur ki, bu dalğa Veneranın atmosferinin sürətli hərəkətinin tezləşdirilməsində çox mühüm rol oynayır.

İspaniyalı alimlər öz tədqiqatlarında 10 ildən artıq müddətdə Günəşə yaxın ikinci planeti müşahidə edən “Akatsuki” yapon kosmik aparatının məlumatlarından istifadə ediblər. Alimlər əsasən 100 gün ərzində fasiləsiz davam edən müşahidələrin məlumatlarından yararlanıblar.

Lent.az bu barədə xarici KİV-lərə istinadla xəbər verir.

Alimlər tədqiqatın gedişatında gözlənilməz hadisə aşkar ediblər: “Akatsuki” aparatının kamerası ilə çəkilən ultrabənövşəyi təsvirlər göstərib ki, Venera buludlarındakı nəhəng atmosfer dalğası əvvəllər hesab edildiyindən daha artıq yüksəklikdə yerləşə bilər.

Alimlərin sözlərinə görə, əvvəllər hesab edilirdi ki, atmosfer dalğaları “sunami” yaranmaqla ən dərin buludlara doğru hərəkət edir. Lakin məlum olub ki, onlar bir neçə saat ərzində Veneranın səthi üzərində təqribən 70 kilometr qalxa bilər.

Alimlər bu yerdəyişmənin nədən baş verdiyini izah ediblər. Bir qayda olaraq, atmosfer dalğası ilə eyni hərəkət sürətinə malik olan regionlar bu hadisənin yayılması üçün fiziki maneə rolunu oynayırlar.

Çünki Veneradakı küləklər yüksəkliyin artması ilə tədricən güclənir və dalğaya nisbətən daha böyük sürətə malik olduğundan, dalğa dərin buludlardan yuxarı yerləşməyə çalışır, lakin bu yolda maneələrlə qarşılaşır və yekunda səpələnirlər.

Lakin alimlər aparatın məlumatlarında Veneranın yüksək buludlarındakı küləklərin sürətinin atmosfer dalğalarının sürətindən bir neçə dəfə aşağı olduğunu görəndə təəccübləniblər. Bu səbəbdən dalğa bu maneəni aşaraq daha yüksəkliyə qalxa bilər.

Alimlərin fikrincə, Venera atmosferinin onun səthi ilə müqayisədə 60 dəfə sürətlə dövr etməsini öyrənməyə çalışmaqdan ötrü Venerada küləyin gücünün ölçülməsi vacibdir. Buna bənzər hallar Saturnun ən iri peyklərindən olan Titanda və bir çox ekzoplanetlərdə baş verir. Lakin alimlər bu hadisəni hələ də tamamilə izah etmək iqtidarında deyil.

# 1509
avatar

Oxşar yazılar