İskilip rayonunda fermer qeyri-adi evlilik təklifi edib.
Türkiyənin Çorum vilayətində fermer Cihat Ayva həyatının ən xüsusi sualını vermək üçün qeyri-adi üsul seçib.
Lent.az xəbər verir ki, sevdiyi xanım Ayşe Nur Candan üçün tarlasını sonsuzluq və ürək simvolları ilə bəzəyən Ayva traktoru ilə yerdə böyük hərflərlə “Mənimlə evlənərsənmi?” yazısını yazıb.
O işini bitirdikdən sonra həmin xanımı tarlaya çağıraraq ona evlilik təklif edib.