Tərləməyin və qoxunun qarşısını bu yolla  ALMAQ OLAR
19 avqust 2022 09:10 (UTC +04:00)

Tərləməyin və qoxunun qarşısını bu yolla ALMAQ OLAR

Yayda hava çox isti keçdiyindən insanların ən böyük problemlərindən biri həddindən artıq tərləmə və bunun nəticəsində yaranan tər iyidir. İzdihamlı yerlərdə isə tər qoxusu daha çox narahat edir.

Lent.az xəbər verir ki, isti havalarda qarşısını almaq mümkün olmayan tərləmə problemini təbii yolla həll etmək istəyən vətəndaşlara həkimlər duz sabunundan istifadəni tövsiyə edir.

Duzlu sabun qaya duzu olaraq da bilinən “Himalay” duzunun qəlibdə sıxılması nəticəsində əldə edilən tamamilə təbii tərkiblidir.

Tərkibində 70-dən çox mineral olan duz sabununun bir çox faydası var. Yayda hava istiliyinin artması ilə duz sabununun pis qoxunun qarşısını almaq qabiliyyəti ön plana çıxır.

Su ilə təmasda olanda köpüklənməyən duz sabunu digər sabunlardan fərqli olaraq bədəndə tər qoxusunun yaranmasının qarşısını alır.

Onu necə istifadə etmək barədə kifayət qədər məlumat yoxdur. Duş qəbul etdikdən sonra sabunu bədəniniz nəmli halda çəkirsiniz.

Əgər bədəninizə quru halda vursanız, içindəki duz və minerallar dəsmalın üzərinə keçəcək və təsiri olmayaq. Bədəndə qalan duz hissəcikləri isti havalarda tərləmənin və mineral itkisinin qarşısını alır.

Bundan əlavə, duz sabunu dəri xəstəliklərinə qarşı təsirlidir. Bu duz bədəninizdə qaldıqca bakteriya və virusları qoruyur.  

Duzlu sabunun da həddindən artıq istifadəsi zərər verə bilər. Vətəndaşlar bundan üç-dörd gündən bir müntəzəm istifadə etsələr, faydasını görəcəklər. 
 

# 4830
avatar

Oxşar yazılar