Siçan gördüklərindən depressiyaya düşdü
30 sentyabr 2021 19:56 (UTC +04:00)

Siçan gördüklərindən depressiyaya düşdü

Tokio Elm Universitetində siçanlar üzərində növbəti araşdırma keçirilib. Eyni qəfəsdə qalan iki siçandan böyüyünün balacasına etdiklərini başqa bir siçana izlədiblər. Siçan gördüklərinin təsirindən depressiyaya düşüb.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, yeni araşdırmaya görə, stresli vəziyyətin şahidi olmaq depressiyaya səbəb ola bilər. Təcrübə belə olub:İ

İki siçanı qəfəsə qoyublar. Siçanlardan biri digərindən kiçik olub. Daha sonra kiçik siçanı məcburi olaraq digərinin olduğu sahəyə salıblar. Bu hərəkət böyük siçanın məkanını aqressiv müdafiə etməsinə səbəb olub.

Amma təcrübə təkcə bu deyildi. Elm adamları "sosial məğlubiyyət" modelini ortaya qoymağa çalışırdılar. İki siçan bir-biri ilə döyüşmək məcburiyyətində qalarkən, davanı müşahidə edən üçüncü siçanda depressiya əlamətləri görünməyə başlayıb. Buna səbəb isə onun zəifliyi olub.

Siçan üzərində təcrübənin aparılmasında məqsəd baş verənlərin təkcə həmin hadisə iştirakçılarının deyil, onları izləyənləri də sarsıtdığını və depressiyaya saldığını sübuta yetirilmək idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3528
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar