Qurbağa zəhərini bədəninə sürtüb  öldü
05 dekabr 2024 19:46 (UTC +04:00)

Qurbağa zəhərini bədəninə sürtüb öldü

Meksikalı aktrisa mənəvi istirahət zamanı qurbağa zəhəri qəbul etdikdən sonra dünyasını dəyişib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Marcela Alcazar Rodrigez təmizləyici ritualın bir hissəsi olaraq Amazon ağac qurbağası “Phyllomedusa bicolor” dərisindən əldə edilən mumlu bir maddə olan kambodan istifadə edərək həyatını itirib.  Meksikalıların dini ritual kimi mənəvi təmizliyə çatmaq üçün dərilərinə sürtdükləri bu maddədən istifadə etdikdən sonra 33 yaşlı qadında qusma və şiddətli ishal başlayıb.

Marsela təcili olaraq müalicə olunmaq üçün tibb müəssisəsinə çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Meksikanın Duranqo ştatının Baş Prokurorluğu araşdırmaya başlayıb. Polis ayinə rəhbərlik edən şamanı axtarır.

Meksika Psixoloqlar Kollecinin prezidenti Luis Manuel Naranjo deyib ki, ishal və qusma “şəfaverici” ritualın bir hissəsi hesab olunur. Bu maddənin tərkibində zəhər olduğu üçün ölüm də daxil olmaqla ciddi mənfi təsirlərə səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2163
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar