“Qanlı Ay tutulması” - Fəsadları 6 ay  DAVAM EDƏCƏK
16 may 2022 16:49 (UTC +04:00)

“Qanlı Ay tutulması” - Fəsadları 6 ay DAVAM EDƏCƏK

2022-ci ilin ilk “Qanlı Ay tutulması” bu səhər baş verib. Bu hadisə Günəş, Yer və Ayın eyni xəttə gəlməsi sonrası ayın qırmızı rəngə bürünməsi adlandırılır. 

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, tutulmanın təsirlərinin 6 ay davam edəcəyi bildirilir. 

Azərbaycanda ay tutulmasını görmək mümkün olmasa da, qonşu Türkiyədə müşahidə olunub. Yerli vaxtla saat 05:32-də başlayan tutulma 06:46-da başa çatıb. 

Tutulma əsasən, Mərkəzi, Şimali  və Cənubi Amerikada görülüb. 

Bunlarla yanaşı, bir qrup insan bu elmi hadisəni dünyanın sonunun yaxınlaşdığı şəklində şərh edib. Keçmiş Əhdin parçası olan Yoel kitabında yer alan “Tanrının böyük və qorxunc günü gəlmədən əvvəl Günəş qaranlığa, Ay qana bürünəcək” fikrinin bu vəziyyəti təsvir etdiyini ifadə edən xristianlar, "Qanlı Ay tutulması"nın dünyadakı bir çox dəyişikliyin də xəbərçisi olacağını iddia edirlər.

NASA hər il təxminən iki Ay tutulmasının baş verdiyini və növbəti tam Ay tutulmasının noyabrda olacağını açıqlayıb. Bildirilir ki, 2025-ci ilin martına qədər başqa tam Ay tutulması olmayacaq.

# 3264
avatar

Sevinc Fərid

Oxşar yazılar