Qadınlar daha çox nəyə əsəbiləşir?  Laqeydlik, gözlədilmək...
11 may 2022 15:02 (UTC +04:00)

Qadınlar daha çox nəyə əsəbiləşir? Laqeydlik, gözlədilmək...

Qadın və kişi münasibətləri hər zaman mübahisəli mövzu olub. Qadınların kişilərdə bəyəndiyi və bəyənmədiyi xüsusiyyətlər vardır. Təbii ki, bunlar xarakterə görə dəyişir, amma ümumi xüsusiyyətlər var ki, bunu qadınların əksəriyyəti bəyənmir və hətta onları əsəbiləşdirir. Qadınların bəzi məsələlərdə daha həssas olduğu məlumdur. Əksər qadınlar kişilərin bezdirici hərəkətlərinin öhdəsindən gələ bilirlər. Amma bəzən də onlar hisslərini cilovlamağı bacarmırlar. 

Bəs, qızlar ən çox nəyə əsəbiləşir ? 

Lent.az  qızların xoşlanmadığı, onları qəzəbləndirən bir neçə məqamı sizə təqdim edir:

Gözlədilmək

Qızların həyatda ən çox əhəmiyyət verdikləri şey görüşə vaxtında gəlməkdir. Onlar qətiyyən gözlədilməyi sevmirlər. Qadınlar geyim seçimlərinə, makiyajlarına bir xeyli vaxt ayırırlar. Amma onlara görə bu işlərə sərf olunan vaxt dəyərlidir. Buna görə kişiləri gözlətmək problem deyil, ancaq əgər qarşınızdakı xanımı əsəbiləşdirmək istəyirsinizsə onu 10 dəqiqə gözlədin bəsdir. Oğlanların da gözləməyi xoşlamadığını nəzərə alsaq, qadınlar özləri də bu mövzuya diqqətli yanaşmalıdır. 

Çoxbilmişlik

Qadınlar çox vaxt düşünür ki, kişilərin onlarla məsləhətləşməmələri özlərini çoxbilmiş hesab etdiklərindəndir. Belə hərəkətlər qadınları hövsələdən çıxaran məqamlardandır. Oğlanlar onlarla hesablaşmır, hər şeyi həll etdikdən sonra deyir. Bəzən isə heç demirlər də. Qızlar onlarla məsləhətləşmələrin aparılmasını xoşlayır. 

Yanındaykən başqasına baxmaq 

Bir çox oğlanlarda olan bu xüsusiyyət heç bir qızın xoşuna gəlmir. Onlar gözəl, baxımlı xanımları olsa belə, gördüyü başqa gözəllik qarşısında heyran olur və baxmaya bilmir. Bəzən isə bu hərəkətlərinə “Göz baxmaq üçün yaranıb” deyərək özlərinə haqq qazandırırlar. Amma bunu da qeyd etmək lazımdır ki, eyni hadisə kişilərin də başına gələ bilər. Bəs, onlar bu vəziyyətdən məmnun olarlarmı? Təbii ki, yox..

Unutqanlıq

Bəzən kişilər nə vaxtsa baş tutmuş futbol matçını, oyunda nə vaxt və kimin qol vurduğunu unutmur. Amma xanımları ilə nə vaxt tanış olduqlarını, ilk görüşdə nə geyindiyini, hətta doğum günlərini belə unuda bilir. Yəni, bunlar futbol tarixlərindən daha əhəmiyyətsiz və lazımsızdır ? Belə məsələlər qızları əsəbiləşdirən mövzular arasındadır. Hər bir qadın göstərdiyi diqqətin qarşılığını gözləyir. Belə laqeydlik münasibətlərin gələcəyini sual altında qoyur. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2316
avatar

Sevinc Fərid

Oxşar yazılar