Türkiyəli məşhur müğənni Sibel Can və Ebru Gündəş konsert təklifləri alıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, konsert yay aylarında Antalyadakı otellərin birində baş tutacaq.
Təkliflə razılaşan Sibel Can oteldə 10, Ebru Gündəş isə 8 konsert verəcək.
Hər iki müğənni 10 milyon lirə (təxminən 1 milyon 158 min manat) qazanacaq.