Göz rəngimiz genetik quruluşumuz və piqment miqdarı kimi bir çox faktorun birləşməsindən əmələ gəlir. Lakin alimlər insanların göz rənginin tamamilə qara olmasının mümkün olmadığını izah edirlər. Göz rəngimizin niyə qara ola bilməyəcəyini anlamaq üçün işığın udulması, piqmentlərin işləməsi və genetik irsimiz kimi elementləri araşdırmaq lazımdır.
Lent.az xəbər verir ki, göz rənginin formalaşmasında ən əsas amil gözlərimizin işığı necə qəbul etdiyi və əks etdirdiyidir. Qara gözlər daha çox işığı qəbul edir və daha az əks etdirir. Buna görə qəhvəyi və ya tünd qəhvəyi gözlər demək olar ki, qara görünə bilər.
Ancaq insan gözündə nə qədər melanin olsa da, bu rəng heç vaxt tam qara ton yarada bilməz. Qara rəng üçün lazım olan bütün işığın udulması gözlərdə əldə edilə bilməz və buna görə də göz rəngimiz ən çox tünd qəhvəyi olur.
Bu genlər gözün irisindəki melanin miqdarını tənzimləyərək göz rəngimizi təyin edir. Melaninin sıxlığı açıq rənglərdən tünd qəhvəyi tonlara qədər müxtəlif rənglərin əmələ gəlməsinə imkan verir. Ancaq bu sıxlıq gözümüzün tamamilə qara olmasına imkan vermir. Yəni genetik quruluşumuza görə tamamilə qara gözlərə sahib olmağımız mümkün deyil.
Əgər tamamilə qara gözlərimiz olsaydı, onlar işığı çox udar, gözlərin həddindən artıq istiləşməsinə və qurumasına səbəb olardı. Qara bir cisim üzərinə düşən işığı tamamilə qəbul etdikdə, bu işığı istiliyə çevirir.
Əgər bu gözlərdə baş versəydi, həddindən artıq istilik səbəbiylə daima göz yaşları əmələ gəlməli idi. Belə ki, tamamilə qara gözlər göz sağlamlığı baxımından ciddi problemlər yarada bilər.
Tünd rənglər açıq rənglərdən daha çox UV işığını udur, bu da günəş işığına əlavə həssaslıq deməkdir. Gözlərimizin təbii quruluşu ultrabənövşəyi şüaların zərərini minimuma endirsə də, qara göz rəngi buna tam müqavimət göstərə bilməz.
Rumıniya Oftalmologiya Jurnalına görə, melanin gözləri ultrabənövşəyi şüalardan qoruyaraq günəşlə bağlı zərərin qarşısını ala bilər. Halbuki gözlər tamamilə qara olsaydı, bu işığın udulması gözdə daha sıx şəkildə baş verərdi və günəşli günlərdə çölə çıxmaq çox çətin olardı. Uzun müddət ultrabənövşəyi şüalara məruz qalmaq katarakt kimi göz xəstəliklərinə səbəb ola bilər.