Azərbaycanda daha bir məhkum həbsxanada ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində baş verib.
Burada cəza çəkən 69 yaşlı İsayev Kamil Cahangir oğlu dünyasını dəyişib.
Onun xəstəlik səbəbilə öldüyü bildirilir.
Qeyd edək ki, Kamil İsayev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə ittiham olunaraq, azadlıqdan məhrum edilib.