4 yaşlı oğlan  anasının tapançası ilə özünü GÜLLƏLƏDİ
31 oktyabr 2024 17:36 (UTC +04:00)

4 yaşlı oğlan anasının tapançası ilə özünü GÜLLƏLƏDİ

ABŞ-da azyaşlı oğlan avtomobildən anasının tapançasını taparaq özünü güllələyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Kaliforniya ştatının Sakramento şəhərində baş verib. Atəş gözəllik salonunun yanındakı dayanacaqda açılıb. 19 yaşlı Şainice Cordova səsi eşidib və nə baş verdiyini görmək üçün çölə çıxıb. O, maşının döşəməsində yaralı 4 yaşlı uşağı tapıb. Anası onun yanında olmayıb. Uşaq davamlı olaraq təsadüfən özünü vurduğunu təkrar-təkrar deyib. Təcili yardım və polis gələnə qədər qız uşağın yarasını sıxaraq onunla danışıb.

Uşaq xəstəxanaya aparılıb. Onun tam sağalacağı gözlənilir. Uşağın anası, 26 yaşlı Latisha Valker tezliklə saxlanılıb. Məlum olub ki, onun tapançaya sahib olmaq icazəsi yoxdur. O, qanunsuz silah saxlamaq, nəqliyyat vasitəsində silah saxlamaq və uşağın həyatına təhlükə törətməkdə ittiham olunub.

Qadının girovu 75 min dollar müəyyən edilib. Hazırda müstəntiqlər oğlanın silahı necə ələ keçirə bildiyini araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2559
avatar

Oxşar yazılar