“General Hospital”da QANUNSUZLUQ:  cinayət işi açıldı
31 oktyabr 2024 12:35 (UTC +04:00)

“General Hospital”da QANUNSUZLUQ: cinayət işi açıldı

“General Hospital”da qan unsuzluq aşkarlanıb. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən “General Hospital” Tibb Mərkəzində yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı həmin klinikanın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə əmək qabiliyyətinin olmaması barədə saxta vərəqələrin verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2112
avatar

Oxşar yazılar