Hörümçək 300 nəfərin həyatını xilas etdi
18 noyabr 2021 04:16 (UTC +04:00)

Hörümçək 300 nəfərin həyatını xilas etdi

0

Hörümçəklərin zəhərli olması barədə çoxlarının məlumatı var.

Lakin bu zəhərdən düzgün istifadə fayda da verə bilir. Xüsusən də tropik qurşaqda yaşayan böyük ölçülü hörümçəklərin zəhəri.

Lent.az-ın xəbərinə görə Avstraliyada bir müddət əvvəl bir gəncin laboratoriyaya verdiyi hörümçəyin fotoları yayılıb. 

Meqahörümçək adlanan canlının uzunluğu 8 sm-dir.  Halbuki elmi ədəbiyyatda bu canlıların ən çox 5 sm uzunluqda olduğu göstərilir. Hörümçək insanı hətta dırnağının üstündən dişləyə bilir! Zəhər isə ölümcüldür.

Laboratoriyada saxlanan hörümçəkdən sintez edilmiş zəhər isə antidot hazırlamaqda istifadə edilir. Bu dərman qısa vaxt ərzində 300-dək hörümçək sancmış insanın həyatını xilas edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2770

Oxşar yazılar