Gəlin qızılın ağırlığından YERİYƏ BİLMƏDİ
16 oktyabr 2023 16:09 (UTC +04:00)

Gəlin qızılın ağırlığından YERİYƏ BİLMƏDİ

Şanlıurfada məşhur iş adamı Bilal İzolun vəkil oğlu Muhammed İzol və maliyyə mütəxəssisi Elif Eyidoğan evlənib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlüyün toyuna bölgədəki tayfa başçıları və yüzlərlə insan qatılıb.

Toyda gəlin Aslı Özdikerə onlarla bilərzik, qızıl kəmər və 7 kiloqram boyunbağı hədiyyə edilib. Gəlin bu bilərzikləri, qızıl sikkələri, qolbaqları, kəmərləri, boyunbağılarını daşımaqda çətinlik çəkib. Bir müddət sonra oturmalı olub.

Qızılın ağırlığından yerindən tərpənə bilməyən gəlin yaxınlarının köməkliyi ilə özünü idarə edib. Cütlük gecənin sonunda  qutunu açıb. Ordan 5 milyon TL nağd pul çıxıb.

# 3102
avatar

Fidan İlqar

Oxşar yazılar