Ərindən 30 yaş  böyük olması   birinci ledini narahat edir
25 noyabr 2023 10:12 (UTC +04:00)

Ərindən 30 yaş böyük olması birinci ledini narahat edir

Fransanın birinci xanımı Bricit Makron Emmanuel Makron ilə tanışlıqlarının ilk günlərindən narahatlıq yaşadığını, onun bir gün öz yaşıdına aşiq olacağından qorxduğunu bildirib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, o, ölkəsinin media nümayəndələrinə şəxsi həyatı ilə bağlı müsahibə verib. Bricitin 70, Emmanuelin 45 yaşı var və bu mövzu hələ də Fransada müzakirə olunur.

“Başımda tam xaos vardı. Bir gənc oğlanla münasibət qurmaq mənim üçün fəlakət kimi idi. Həmin ərəfələrdə Emmanuel Parisə getməli idi. Özümə dedim ki, o, özü ilə yaşıd birinə aşiq olacaq. Bu baş vermədi ", - Bricit Makron “Paris Match” nəşrinə müsahibəsində deyib. 

"Əlbəttə, səhər yeməyimizi dördlükdə yeyirik, mən və qırışlarım, o və onun gəncliyi, bu belədir. Bu seçimi etməsəydim, həyatımı əldən verərdim. Uşaqlarımla çox xoşbəxt idim və eyni zamanda hiss etdim ki, bu sevgini yaşamalıyam, tam xoşbəxt olacam”, - birinci xanım bildirib.

Cütlük 2007-ci ildə evlənəndə, Emmanuel 29 yaşında idi. O, yaşda özündən böyük olan üç ögey övladına demişdi: “Bizi, o qədər də normal olmayan bu cütlüyü qəbul etdiyiniz üçün təşəkkür edirik”.

Birinci xanım qeyd edib ki, Emmanuellə evlənməyə tələsməyib və 10 il düşünməli olub.

“40 yaşlı müəllimlə 15 yaşlı şagirdinin sevgisini cinsi zorakılıq kimi qiymətləndirə bilərdilər. Bu uşaqlaırmın psixasına pis təsir edərdi. Ona görə düz 10 il düşünmüşəm. Lakin mən ömrümün əlimdən axıb getməsini də istəmirdim”, - o qeyd edib.


 

# 4833
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar