Duzun yerə tökülməsi niyə pis əlamət sayılır? - TARİXİ FAKT
01 iyul 2024 09:22 (UTC +04:00)

Duzun yerə tökülməsi niyə pis əlamət sayılır? - TARİXİ FAKT

Çoxları yerə duz tökülməyin pis əlamət olduğunu bilir.

Bəs, bu düşüncə haradan yaranıb?

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, qədim dövrlərdə duz elə qiymətli əmtəə idi ki, onun dəyərini qızılla müqayisə etmək olardı.

Təkcə yemək bişirmək üçün deyil, həm də konservləşdirmə üçün istifadə edildiyi üçün məişətdə mühüm rol oynayıb. Məhz baha başa gəldiyinə və gündəlik həyatda əhəmiyyətinə görə duzun tökülməsi böyük fəlakət sayılırdı.

İnsanlar bu qiymətli sərvətin itirilməsinin yoxsulluğa və ya bəlaya səbəb olacağından qorxurdular. Duz sadəcə bir ədviyyat deyil, strateji resurs idi və hətta kiçik bir miqdar itkisi əhəmiyyətli ola bilərdi. 

Bu gün təbii ki, duzu istənilən mağazadan az pula almaq olar. O, qıtlığı dayandırıb və artıq əvvəlki kimi dəyərə malik deyil.

Ancaq buna baxmayaraq, bir çox insanlar əlamətlərə inanmağa davam edir və təsadüfən duz tökdükləri təqdirdə narahat olurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10542
avatar

Arzu Qurbanlı

Oxşar yazılar