Dünyanın ən yaxşı pizzacısı  seçildi: Siyahı sizi təəccübləndirəcək
19 sentyabr 2024 23:11 (UTC +04:00)

Dünyanın ən yaxşı pizzacısı seçildi: Siyahı sizi təəccübləndirəcək

2024-cü ilin ən yaxşı 50 pizzacısı mükafatlarının siyahısı açıqlanıb. 

Lent.az xəbər verir ki, 2022-ci ilin martında pizza ustası Anthony Mangieri tərəfindən açılan “Una Pizza Napoletana” nəinki amerikalı, həm də qlobal rəqiblərini geridə qoyub. Və o birinci yerdə qərarlaşıb. 

Bundan əlavə, 2024-cü il siyahısında daha üç “Big Apple” pizzacısı da yer alıb və bu siyahıya ümumilikdə 101 restoran daxil edilib. Nyu-York şəhərinin digər pizzacılarının reytinqi belə olub: "Ribalta" 19-cu yerdə, "Don Antonio" 30-cu yerdə və "L'industrie Pizzeria" 80-ci yerdə.

İtaliya hələ də 41 müəssisə ilə ümumi siyahıda üstünlük təşkil edir, ABŞ isə cəmi 15 mükafat alıb. Neapol isə siyahıda beş girişlə Nyu-Yorku ötməyi bacarıb, həmçinin Dieqo Viqtaliano pizzacısı ilə ikinci yeri bölüşüb.

Siyahıya tam olaraq pizzacıları ilə tanınmayan ölkələr - Cənubi Koreya, Boliviya və Hindistan daxil edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1977
avatar

Sevinc Fərid

Oxşar yazılar