Dünyanın ən yaşlı heyvanı - 191 YAŞI var
05 dekabr 2023 10:38 (UTC +04:00)

Dünyanın ən yaşlı heyvanı - 191 YAŞI var

Dünyanın ən yaşlı heyvanı Conata tısbağasının 191 yaşı olur. 

Lent.az xəbər verir ki, o Ginnesin Rekordlar Kitabına daxil  edilib .

Conatanın növü Seyşel adalarının nəhəng tısbağası adlanır. Tipik olaraq bu tısbağalar təxminən 150 il yaşayır. Ancaq 191 yaşlı Conatan bu rekordu qırıb. Bildirilir ki, daha qədim quru heyvan növlərinin mövcudluğu məlum deyil.

Conatanın 1832-ci ildə doğulduğu güman edilir, lakin ekspertlər onun bundan da yaşlı ola biləcəyinə inanırlar. Baytar Co Hollins qeyd edir ki, qocalmasına baxmayaraq Conathan yaxşı formada qalıb.

"O, qoxu hissini itirsə də və katarakta səbəbindən demək olar ki, kor olsa da, iştahı yaxşı olaraq qalır", - deyə baytar bildirib. 

Mütəxəssislər Conatanın hətta üçüncü əsrə qədər yaşaya biləcəyinə inanırlar.

Daha əvvəl tısbağanın evdən qaçaraq 3 il ərzində 8 kilometr süründüyü bildirilmişdi .


 

# 16797
avatar

Sevinc Fərid

Oxşar yazılar