“Qalatasaray”ın keçmiş oyunçusu tutuldu
09 may 2024 13:35 (UTC +04:00)

“Qalatasaray”ın keçmiş oyunçusu tutuldu

“Qalatasaray”ın keçmiş oyunçusu Jo Alves Braziliyada saxlanılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu təmsil etdiyi “Amazonas” klubunun heyəti ilə “Ponte Preta” klubu ilə oyuna gedərkən polis avtobusa saxla əmri verib. Daha sonra polislər Alvesi tutaraq şöbəyə aparıblar.

Onun vəkilinin açıqlamasına görə, futbolçu xırda aliment borcuna görə saxlanılıb. Məlumata görə, Alves keçmiş arvadına olan aliment borcunu ödəməyib. Buna görə də, qadın onu polisə şikayət edib.

Qeyd edək ki, 2009-2010-cu illərdə “Qalatasaray” Jo Alvesi “Mançester Siti”dən icarəyə götürüb. Futbolçu iştirak etdiyi 15 oyunda 3 qol vurub. Sezonun sonunda isə yenidən ingilis klubuna qayıdıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2883
avatar

Oxşar yazılar