Dünyanın  ən uzun kababı   - Heyrətamiz ölçüdə
04 iyun 2024 19:28 (UTC +04:00)

Dünyanın ən uzun kababı - Heyrətamiz ölçüdə

Artıq kabab mövsümü başlayıb. Şiş kabab ən məşhur yeməklərdən biri hesab edilir. Təbii səbəblərə görə ilboyu bişirilməsi çətin olduğu üçün bir çoxları yay və yaz aylarında yeməkdən zövq almağa çalışırlar. Ona görə də bu mövzu çərçivəsində kiminsə dünya rekordu qırmaq istəməsi təəccüblü hal deyil. 

Lent.az xəbər verir ki, bu dəfə dünyanın ən uzun kababını bişirən aşpazlar “Ginnesin Rekordlar Kitabı”na düşüb. 

Məlumata görə, rekord Qazaxıstanda qeydə alınıb. Burada yerli aşpazlar 220 metrdən artıq kabab təqdim etməyi bacarıblar. Sonda isə hazırlanan kabab minlərlə insan arasında paylanılıb.  

Kababın əsas tərkib hissəsi üçün toyuq filesindən istifadə edilib. Belə böyük həcmdə yeməyi hazırlamaq üçün 400 kiloqramdan çox ət  lazım olub.

Qeyd edək ki, ən son rekord 2007-ci ildə Sinqapurda qeydə alınıb. Onun uzunluğu 140 metr idi. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10596
avatar

Sevinc Fərid

Oxşar yazılar