Dünyanın  ƏN BAHALI   10 təyyarəsi və sahibləri - SİYAHI
03 iyun 2022 19:44 (UTC +04:00)

Dünyanın ƏN BAHALI 10 təyyarəsi və sahibləri - SİYAHI

Bahalı şəxsi təyyarələrə sahib olmaq hər varlı insan üçün belə əlçatan deyil. Son illərdə milyaderlərin sayı artdığı kimi, ona paralel olaraq təyyarə sahiblərinin də sayı çoxalır. Bəzən biznesmenlər, dövlət başçıları, milyarderlər dəyərindən qat-qat artıq pul xərcləyərək təyyarələri istədikləri dizayna uyğun hazırlatdırırlar. Necə deyərlər, puluna minnət...  

Lent.az dünyanın 10 ən bahalı şəxsi təyyarəsinin siyahısını təqdim edir:

"Embraer Legacy 650" 

Brazilya istehsalı olan bu təyyarənin sahibi dünya şöhrətli aktyor Ceki Candır. Onun qiyməti 140 milyon dollardır. Təyyarənin kənarları qızılı, qırmızı əjdahalar, həmçinin Ceki Can loqosu ilə bəzədilib. 

"Gulfstream IV" 

Hollivud ulduzuna məxsus bu lüks təyyarə 19 sərnişin qəbul edə bilir. O, iki “Rolls-Royce Tay 611-8” mühərriki ilə işləyir. Təyyarədəki hava hər iki dəqiqədən bir tamamilə yenilənir. Möhtəşəm “Gulfstream IV”un qiyməti 38 milyon dollardır. 

"Bombardier BD-700 Global Express" 

Dünyanın ən varlı adamlarından biri sayılan Bill Qeytsin sahibi olduğu bu təyyarənin qiyməti 40 milyon dollardır. O yüksək texnoloji avadanlıqlarla təchiz olunub. Müxtəlif texniki xüsusiyyətləri olan “Bombardier BD-700 Global Express” dünyanın ən dəbdəbəli təyyarələrindən biridir.

"Bombardier Challenger 850 Learjet"

Jay-Z və həyat yoldaşı, müğənni “Beyonce”un sahibi olduğu təyyarə dəri salonla təchiz edilib. Təyyarə qonaq otağı, mətbəx və iki yataq otağından ibarətdir. Müğənni demək olar ki, qızı Blue Ivy ilə tətilə ancaq bununla gedir.

Qiyməti 40 milyon dollar olan təyyarə “Beyonce”un ərinə hədiyyəsidir.  

"Bombardier BD-700 Global Express" 

Bu, ümumiyyətlə Hollivud elitasının sevimli təyyarələrindən biridir. Müğənni Selin Dionun sahibi olduğu təyyarədə 18 sərnişin üçün yer, ofis, görüşlər və konfranslar üçün ümumi otaq var. Müğənni adətən işgüzar səfərləri üçün ondan istifadə edir. Bu möhtəşəm təyyarənin qiyməti isə 47 milyon 700 min dollardır.

 

"Gulfstream V" 

Tanınmış aktyorlardan biri olan Cim Kerri bu təyyarəni işgüzar uçuşlar üçün istifadə edir. 59 milyon dollar qiyməti və 16 nəfərlik yeri olan bu jet ən sürətli təyyarələrdən biridir. 

"Trump’s Boeing 757" 

Hazırda Trampın sahibi olduğu bu təyyarə “Microsoft”un həmtəsisçilərindən birinə - Pol Allenə məxsus idi. Amerikanın eks prezidenti Tramp bu təyyarəni almaq üçün 100 milyon dollar ödəyib. Onun təhlükəsizlik kəmərləri 24 karatlıq qızıldan düzəldilib. Təyyarədə 23 sərnişin yeri var. Əlavə rahatlıq üçün kabinədəki divanlar çarpayıya çevrilir.

"Boeing 747"  

Bu, dünyanın ən məşhur kommersiya təyyarələrindən biridir. Amma varlı insanların çoxu ondan şəxsi məqsədlər üçün istifadə edirlər.

Məsələn, çinli investor və multimilyarder Cozef Lau 153 milyon dollar dəyərində olan “Boeing 747” təyyarəsinə sahibdir. “Boeing 747”nin əsas xüsusiyyətlərindən biri onun hündürmərtəbəli olmasıdır. Burada biznes-klass yuxarı mərtəbədə, ekonom sinif isə aşağıdadır. 

Milyarder Launun bu təyyarədən hansı məqsədlə istifadə etdiyi heç kəsə məlum deyil. 

"Airbus A340-300" 

Rusiyalı milyarder Əlişir Usmanovunun sahib olduğu bu təyyarənin qiyməti təxminən 238 milyon dollardır. Amma ekspertlər hesab edirlər ki, milyarderin sifarişlə xüsusi dizayn etdiyi bu təyyarə 350 milyon dollara başa gəlir. 375 sərnişin yeri olan təyyarə yanacaq doldurmadan 14,5 min km uça bilir. Usmanov yeni təyyarəsinə atasının şərəfinə - Burxan adlandırıb. Milyarder bununla kifayətlənməyərək 100 milyon dollara yaxta alıb və ona da anasının şərəfinə Dilbər adını verib. 

"Airbus A380 Superjumbo Jet"

Dünyada hələ ki, ən bahalı şəxsi təyyarə şahzadə Əl-Valid bin Talal Əl Səuda məxsusdur. Bu möhtəşəm jetdə sözün əsl mənasında hər şey var. Hamam, idman zalı, şahzadənin avtomobilləri üçün qaraj və hətta şahinlər üçün otağı olan təyyarənin qiyməti 500 milyon dollardır. 

Qeyd edək ki, şahzadə Əl-Valid bin Talal Səudiyyə kral ailəsinin üzvü, sahibkar və beynəlxalq investordur.

O, sərvətini investisiya layihələrindən və səhmlərin alınmasından qazanıb. Hazırda o, dünyanın ən varlı insanlarının olduğu siyahıda 22-ci sıradadır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3726
avatar

Sevinc Fərid

Oxşar yazılar