Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Şanlıurfada keçirilən hakim Ədalət və İnkişaf Partiyasının 8-ci növbəti qurultayında məşhur müğənni İbrahim Tatlısesin çıxışı ilə yaddaqalan olub.
Lent.az-ın Türkiyə KİV-nə istinadla xəbərinə görə, Tatlıses səhnədə Ərdoğan üçün "Hadi söyle"mahnısını ifa edib.
Ərdoğan da mahnının bir hissəsini ifa edib. Digər tərəfdən, Tatlıses Ərdoğandan qarşıdakı müddətə prezidentliyə namizəd olacağına dair vəd alıb.
Prezident Ərdoğan çıxış edəcəyi kürsüyə Tatlısəslə birlikdə çıxıb. “Haydi Söyle” mahnısını ifa etmək üçün səhnəyə çıxan Tatlısəs prezident Ərdoğanın əlindən də öpüb.
Tatlısəs səhnəyə çıxanda salondakı iştirakçılar böyük həyəcan yaşasa da, prezident Ərdoğan da mahnıdan bir parçaya ortaqlıq edib.
Digər tərəfdən Tatlısəs Ərdoğanın çıxışından sonra yenidən səhnəyə çıxıb. Tatlısəs "Ölənə qədər sizinləyik" deyən Ərdoğana "Növbəti dövrdə prezidentliyə hazırsınızmı?" – deyə soruşub.
Ərdoğanın bu suala cavabı “Sən varsan, mən də varam” olub. Tatlısəs "Ölməyə hazıram, söz aldıq" cavabını verib.
İkisi daha sonra “Urfalıyam Ezelden” mahnısını ifa ediblər.