“Baobab” ağacı, Afrika, Sneqal
05 may 2021 03:22 (UTC +04:00)

“Baobab” ağacı, Afrika, Sneqal

Ağacın içində QƏBİRİSTANLIQ: Burda kimləri basdırırdılar?

“Baobab” ağacları artıq uzun illərdir Afrikanın simvoluna çevrilib. 

Lent.az xəbər verir ki, daha çox tropik ölkələrdə rast gəlinən bu bitkilər, çinar ağacına bənzəyən əsr ağaclarıdır. 

Budaqları ağac kökünə bənzəyən, kölgəsi isə olmayan bu ağaclar, lay olduğu üçün ağac sənayesinə də uyğun gəlmir. 

Afrikada müqəddəs hesab edilən bu ağacların maraqlı bir hekayəsi var. 

Quru qitə olan Afrikanın qərbində yerləşən Seneqalda, ölkənin bir faizini təşkil edən və animist mədəniyyətini davam etdirən “Serer” qəbiləsi, bir zamanlar xalq ozanlarını “Baobab” ağaclarında basdırırmış. Seneqalın Bantiya şəhərində olan “Baobab” ağaclarının gövdəsində, insanlara məxsus kəllə və sümüklər hələ də qalmaqdadır.  

1960-cı ilə qədər davam edən bu adətin hekayəsi çox maraqlıdır. Məlumat üçün bildirək ki, gələcək nəsillərə şifahi mədəniyyəti izah edən xalq ozanları yəni “Giriyotlar”, əkinçiliklə məşğul olmadıqları üçün cəsədlərinin torpağa layiq olmadığını düşünür və qəbilə üzvləri tərəfindən “Baobab” ağacının koğuşlarına basdırılırdı. 

1960-cı ilə qədər rəsmi olaraq ağac koğuşlarına basdırılma adəti qadağan edilməsə də, o tarixdən sonra yavaş-yavaş bu adət ləğv olunub. Hazırda keçmiş adətləri gələcək nəsillərə göstərmək üçün, Seneqalda bir neçə ağac mühafizə edilir./"rekord.wordpress"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2652
avatar

Oxşar yazılar