Afrikada vəhşi qəbilə üzvünə aşiq olan  isveçrəli qadının sərgüzəştləri
16 oktyabr 2024 16:05 (UTC +04:00)

Afrikada vəhşi qəbilə üzvünə aşiq olan isveçrəli qadının sərgüzəştləri

Qadınlar həmişə ailə qurmaq üçün ağ atlı şahzadə arzusunda olur, evlilik həyatının onlara komfort,  xoş güzəran verməsini arzulayırlar. Ərinin xətrinə çox az qadın dəbdəbəni buraxıb peyindən və qamışdan yapılmış kiçik daxmada yaşamağa razı olardı. Lakin nadir də olsa belə qadınlar var.

Lent.az 1980-ci illərdə isveçrədəki komfortlu həyatını buraxıb, Keniya düzlərində yaşayan vəhşi masai qəbiləsinə ərə getmiş Korinna Hoffmannın  maraqlı tarixçəsini təqdim edir.

1986-cı ildə Keniyada istirahət edən 26 yaşlı isveçrəli Korinna Hofmann gözlənilmədən yerli sakinə aşiq olub. Üstəlik, o qədər qəfil və güclü  eşqə düşüb ki, böyük bir şirkətdəkii vəzifəsini buraxıb Afrikada qalıb yaşamağa razı olub. Korinna güclü ehtirası və dəli sevgisi sayəsində tarixə “ağ masai”( Onun ərə getdiyi qəbilənin adı Masai idi) kimi düşüb.

Keniyaya bu taleyüklü səyahətdə Korinna tək deyil, nişanlısı Marko ilə birlikdə idi. Korinnanı gələcək əri Lketinga Leparmoriyo ilə də elə nişanlısı tanış eltmişdi.  

Maraqlıdır ki, Lketinqa özü Corinnanın sevgisinə çox da həvəsli deyildi,  o Korinnanı çirkin və çirkli hesab etmişdi.

Amma nə olsun, ağ xanımın təkidi onu öz yataq otağına, əgər belə adlandırmaq olarsa, peyinlə suvanmış daxmada samandan hazırlanmış yatağa gətirdi. Məhz orada qız ağdərili kişilərlə Keniyalı kişilər arasındakı əsas fərqi anladı: Lketinqa ön sevişmə ilə heç maraqlanmırdı. 

Buna baxmayaraq, isveçrəli qadın nigeriyalı döyüşçünü dəli məhəbbətlə sevdiyini özünə etiraf etdi və buna görə də sivilizasiyandan tamamilə imtina edərək Keniyada qalmağa qərar verdi. Lakin sevgilisi Korinnanın tələb etdiyi kimi evlənmək istəməyib.

"Biz bir-birimizi yaxşı tanımırıq, mən sizin ailənizi tanımıram, hərdən bura tətilə gəlsən daha yaxşıdır", - keniyalı kürəkən bildirib.

Ancaq Lketinqanın anası, çılpaq döşləri sallanan nəhəng keçəl qadın vəziyyəti xilas etdi. O, uzun müddət gəlinə baxdı, düşündü və elan etdi: toy olacaq.

Tezliklə Corinna İsveçrə ilə Masai qəbiləsindəki həyatının fərqini acı şəkildə anladı. O, çirkab, aclıq içində yaşamağa məhkum idi.

Ən çox, özünün dediyi kimi, tualet kağızının olmamasına üzülüb. Ərazidə mağaza olmadığından Korinna mağaza açıb və köhnə bir yük maşını satın alıb.

Hadisələrin inkişafına təsir edən ibrətamiz bir hekayə "ağ Maasai" nin hamiləliyi zamanı baş verib. Onu həkimə aparmaq istəmir, bunu ayıb hesab edirdilər. Hamiləliyinin son ayında Korinna ölümcül xəstələnir. O öz israrı ilə xəstəxanaya gedir və  qızı dünyaya gəlir.

 Ağ gəlinin Afrikada çöllərindəki vəhşi həyatı uzun sürməyib. Ailə başçısı ilə sonsuz mübahisələr, qısqanclıq böhranı başlayıb. Korinnanın əri önünə çıxan hər qadınla yatıb. Üsstəlik, masai qanunlarına görə, kişilər işləmir, bəzənib gəzirdilər.

Masai kişiləri seks xidmətləri göstərmək üçün avropalılara yaxınlaşırdılar. Həmçinin başqa masai kişiləri də Korinnaya eşq elan eləməyə başlamışdılar. Korinnanın ərinə həvəsi sönmüşdü, lakin uşağını əlindən almasınlar deyə dözürdü. Masai qanunlarına görə, doğulan qız uşağı nənəsinin xidmətçisi sayılırdı.

O gizlincə ölkəsinə qaçmaq qərarına gəlib. 1990-cı ildə o, pul, ərzaq mağazası və avtomobilini ərinə buraxaraq öz ölkəsinə qaçır.

Evə qayıtdıqdan sonra Korinna öz sərgüzəştləri haqqında kitab yazır. 1998-ci ildə dərc edilmiş bu kitab böyük populyarlıq qazanır.

Korinna hazırda İsveçrədə yaşayır və satış məsləhətçisi kimi çalışır. O, bütün həyatı boyu yazır və qonorarını keçmiş ərinin ailəsini saxlamaq üçün istifadə edir. 2011-ci ildə onun dördüncü və sonuncu "Afrika, Mənim Ehtirasım" kitabı nəşr olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5424
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar