70 il əvvəl Avstraliya çimərliyindən tapılan naməlum meyitin kimliyi aşkar edilib.
Lent.az xəbər verir ki, 1948-ci dekabrın 1-də Avstraliya çimərliyində yoldan keçən sakinlər tərəfindən naməlum kişi meyiti tapılıb.
Həmin ildə meyitin şəxsiyyətini müəyyənləşdirmək çətin oldugundan naməlum şəxsə "Somerton Adam" adı verilərək dəfn olunub. Onun hətta başqa bir şərq ölkəsinin casusu olduğu fərziyyəsi də irəli sürüldü. 2021-ci ildə cəsəd nəhayət, eksqumasiya olundu. DNT analizi və rəsmi faktlarla ölən şəxsin əsl adının Karl Vebb olduğu təsdiqlənib.