66 yaşlı nənə  gözəllik müsabiqəsinin finalına çıxdı
19 sentyabr 2025 13:31 (UTC +04:00)

66 yaşlı nənə gözəllik müsabiqəsinin finalına çıxdı

0

66 yaşlı nənə “Miss Universe Japan” müsabiqəsinin finalına çıxıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, nüfuzlu “Miss Universe Japan” gözəllik müsabiqəsinin finalına üç nəvəsi olan bir nənə çıxıb. Finalistlərdən biri Tokiodan olan 66 yaşlı Dzunko Sakai olub.

O, ölkənin 42 əsas gözəlindən biri seçilib. Sakai 30 ildən çox evdar qadın kimi yaşayıb və üç övlad böyüdüb. 2023-cü ildə “Miss Universe” müsabiqəsində yaş məhdudiyyətlərinin ləğv olunduğunu öyrənib və öz gücünü sınamaq qərarına gəlib. Qadın əvvəlcə digər iştirakçıların ona yuxarıdan aşağı baxacağından və ya soyuq münasibət göstərəcəyindən narahat idi. Lakin Sakainin sözlərinə görə, qızlar onunla həmyaşıd kimi davranıblar və bu, onu çox sevindirib.

Sakai etiraf edib ki, bəzi rəqs hərəkətlərini və çıxış mətnlərini unudub. Bundan əlavə, təşkilatçılar ona müəyyən güzəştlər ediblər: məsələn, ona bikini əvəzinə bağlı çimərlik geyimində çıxış etməyə icazə verilib. Amma corablarla çıxış etməsinə icazə verilməyib. Müsabiqənin qalibi 21 yaşlı Kaori Haşimoto olub. Lakin Sakaiyə həmrəylik və mehribanlığına görə iştirakçıların səsi ilə verilən “Miss Congeniality” (“Ən səmimi və mehriban iştirakçı”) mükafatı təqdim edilib. Sakai bildirib ki, yaşlı yaponların da cəmiyyətin bir parçası olduqlarını göstərməkdən məmnundur, çünki onların “həyatın kənarında qaldıqlarını” düşünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar