11 əsrlik  armud ağacından meyvə yığıldı
27 sentyabr 2022 02:46 (UTC +04:00)

11 əsrlik armud ağacından meyvə yığıldı

Türkiyənin Artvin vilayətində 1100 yaşı olan armud ağacının meyvəsi dərilib.

Lent.az-ın Anadolu Agentliyinə istinadla xəbərinə görə, dəniz səviyyəsindən 2000 metr yüksəklikdəki kənddə bitən ağacın məhsuldarlığı kifayət qədər yüksəkdir. Bu həm də dünyanın ən yaşlı armud ağacıdır. Vilayətdə 4-5 əsrlik ağaclar kifayət qədər çoxdur. 
Nadir təbiət abidəsi olan ağacın yaşı laboratoriyada təyin edilib.

Ağacın gövdəsi 6,5 metrdir. Onun çoxaldılması üçün zoğlar götürülüb. 

# 3024
avatar

Oxşar yazılar