Rəşada ad günündə ilk təbrik kimdən gəldi?
02 noyabr 2013 17:37 (UTC +04:00)

Rəşada ad günündə ilk təbrik kimdən gəldi?

“Pərəstişkarım olan bir xanım mənə elə bir hədiyyə bağışladı ki, o sürprizdən xoş oldum”. Bu sözləri ötən gün 39 yaşını qeyd edən müğənni Rəşad İlyasov deyib. İfaçı bu il qeyd etdiyi doğum gününün fərqli olduğunu söyləyib: “Bir çoxları bilir ki, doğum günümü elə də təmtəraqla qeyd etməyi xoşlamıram. Buna baxmayaraq dünəndən bəri telefonuma gələn mesajlar və zənglərin ardı - arası kəsilmir. Gün ərzində telefonumu bir neçə dəfə “zaryatqaya” qoydum. Hələ Facebook səhifəmə göndərilən təbrikləri demirəm. Bu cür təbriklər hər il olur,amma həqiqətən bu ilki qədər olmamışdı. Göndərilən hədiyyələr də fərqli idi, bir sözlə mən çox xoşbəxtəm ki, mənə belə dəyər verən insanlar var. Bu diqqətdən qürurlanıram, ilk təbriki isə teleaparıcı Hacı Nurandan aldım, telefonuma uzun bir mesaj yazmışdı”.

 

 

Xatırladaq ki, R. İlyasov 1974-cü ildә noyabrın 1-də Bakıda doğulub. Evlidir, 2 övladı var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1709

Oxşar yazılar