Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva Hindistanda keçirilən “Udbhav international Dance Carnival” festivalına qatılıb. Hazırda Hindistanda olan rəqqasə təəssüratlarını Lent.az-a bölüşüb: “Artıq bütün komanda heyətimizlə Hindistandayıq. Bizi burada çox yaxşı qarşıladılar. Bu gün festivalın açılışı olacaq. Bundan əlavə 6 qala konsert keçiriləcək. Burda Azərbaycan milli rəqslərinə xüsusi bir diqqət gördüm. Sözügedən festivalda Azərbaycandan savayı, Rusiya, Qırğızıstan, Bolqarıstan və bir sıra ölkələrdən iştirakçılar qatılıb. Azərbaycanı yalnız mən təmsil edirəm. Çox məsuliyyətli bir işin altına girmişəm. Çox həyəcanlı və sevincliyəm. Azərbaycanı tərk etdim. İnanıram ki, yaxşı nəticə ilə Azərbaycana qayıdacam”.

Oxşar yazılar

"Məndən bir də borc istəməyin" - Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
1 iyul 2025 , 14:54
Miri Yusifə ağır itki
1 iyul 2025 , 10:29
Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58
Ad-soyadlarını yanlış tələffüz etdiyiniz 8 ULDUZ
30 iyun 2025 , 13:45
Aşiq cütlük yenə də hamını heyran etdi
30 iyun 2025 , 11:15
Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
29 iyun 2025 , 09:55
Triş Kristakis – bəşər tarixinin ən seksual idman müxbiri -FOTOLENT
28 iyun 2025 , 12:10