Münsiflər Dilarə Kazımovanı 8-ci yerə layiq görüb?
15 may 2014 11:43 (UTC +04:00)

Münsiflər Dilarə Kazımovanı 8-ci yerə layiq görüb?

Avropa Yayım Birliyi mayın 10-da Danimarkanın Kopenhagen şəhərində baş tutan “Eurovision”un finalında səsvermənin nəticələrini açıqlayıb. Lent.az-ın məlumatına görə münsiflərin və tamaşaçıların verdiyi xallar ayrı-ayrılıqda göstərilib ki, bu da rəylərdə olan fərqi görməyə və yekun nəticələrin hesablanma məntiqini şübhə altına qoymağa imkan verir. 37 ölkənin peşəkar münsifləri Azərbaycan təmsilçisini Dilarə Kazımovanı çox yüksək dəyərləndirib və onu 8-ci yerə layiq görüb, nəticədə isə o, 22-ci yeri tutdu.

Dilarənin ifa etdiyi “Start a Fire” mahnısı müsabiqə başlamamışdan əvvəl jurnalistlər, fanlar və bukmeykerlər tərəfindən yaxşı qarşılanmışdı. Finala qədər Dilarə və onun kompozisiyası bukmeykerlərin proqnozlarına görə “TOP-12” də, “Eurovision” saytlarına əsasən isə “TOP-5”-də yer alırdı.

Finalda isə Azərbaycan son dərəcə uğursuz üçüncü nömrə altında çıxış edirdi və görünür ki, bu səsverməyə öz təsirini göstərdi. 2013 ildən ifaçıların çıxış etmə nömrəsini yerli müsabiqə təşkilatçıları müəyyən edir, hal bu ki, hələ Bakıda keçirilən “Eurovision-2012” də təmsilçilər püşk atma ilə finaldakı çıxış nömrəsini və öz aqibətlərini müəyyən edirdilər.

Münsiflər Dilarəni layiqli 8-ci yerdə qərarlaşdırdılar, lakin tamaşaçılar onu 21-ci yerə laiq bildilər. Daha sonra isə inanılmaz bir şey baş verdi – münsiflərdən 8-ci, tamaşaçılardan isə 21-ci yerə layiq görülmüş Dilarə Kazımova nədənsə 22-ci yerdə oldu. Bununla yanaşı 21-ci yerdə Dilarə qədər xal toplayan İtaliya təmsilçisi qərarlaşıb.

Azərbaycan yeni sistemin tətbiqindən zərər görən yeganə dövlət deyil. Belə ki, Polşa təmsilçiləri Donatan & Cleo Böyük Britaniya tamaşaçıları tərəfindən birinci yerə layiq görülmüşdü, münsiflər isə onu axırıncı yerdə gördülər. Nəticədə isə, yeni qaydalara uyğun olaraq, Polşa Böyük Britaniyadan bircə dənə də olsun xal görmədi. Belə çıxır ki, tamaşaçıların rəyinə laqeyd yanaşıldı.

Digər anlaşmazlıq Norveçlə bağlı oldu. Bu ölkənin təmsilçisi tamaşaçıların səsverməsinə görə 17-ci yerdə, münsiflərin verdiyi xallara əsasən isə 9-cu yerdə, Dilarə Kazımovadan bir pillə aşağıda qərarlaşmışdı. Yekun cədvəldə o, 8-ci yerdə oldu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1570

Oxşar yazılar