Müğənni Xatun ağladı
15 may 2014 17:34 (UTC +04:00)

Müğənni Xatun ağladı

Müğənni Xatun Əliyeva sözləri Sübhanə Nəciqızına, musiqisi Arif Səlimova məxsus “Sən gəlmədin” adlı mahnısına klip çəkdirib. Lent.az-a açıqlama verən müğənni bildirib ki, klipi rejissor Nail Naiboğlu ekranlaşdırıb: “Xeyli müddət idi ki, “Sən gəlmədin” mahnısına klip çəkdirmək istəyirdim. İşlərim çox olduğuna görə,  istəyim yubanırdı. Nəhayət, vaxt tapıb rejissor Nailin komandası ilə birgə çəkilişlərə başladıq. Ekran işi bu gün hazır olub. Məncə yaxşı bir iş ərsəyə gəlib”.

 

Xatırladaq ki, klipin süjet xəttində müğənni sevgisinə  görə göz yaşı tökür. 

 


Qeyd edək ki, “Sən gəlmədin” klipinin prodüseri Pərviz Oqtayoğlu, operatoru Emin Hüseynov, montajı Elnar Haşımova məxsusdur.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2357

Oxşar yazılar