Müğənni Elnur Məmmədov Amerikada layihə həyata keçirir. Hazırda Amerikada olan müğənni Lent.az-a bildirib ki, səfəri yaradıcılıq işləri ilə əlaqədardır: “Bir neçə gün olar ki, Amerikadayam. Bura ilk səfərim deyil. Bu dəfəki səfərim sırf yaradıcılıq işlərimlə bağlıdır. Bu layihədə tanınmış müğənnimizin biri ilə mahnı ifa etmişəm, onun adını gizli saxlayıram. Hazırda onun klipin çəkilişləri gedir. Amerikanın maraqlı iqlim şəraiti var. Gəldiyim 3 gündə 4 fəsil yaşadım. Həm ziyarət, həm ticarət deyib, xatirə şəkilləri də çəkdirmişəm”.