Türkiyədə yaşayan müğənni İradə İbrahimova qızı İpəklə bacısı stilist Nigarın toyunda iştirak etmək üçün Bakıya gəlib. O, Lent. az-a gələn ay qızının 3 yaşını qeyd edəcəyini söyləyib.
Bacısının toy mərasiminə gəldiyi üçün hələlik yaradıcılıq işlərini təxirə salıb. Ancaq yaxın aylarda təqdimat keçirəcəyini bildirib.
Qeyd edək ki, toy oktyabrın 31-də baş tutacaq.
Tamaşaçıları İradə xanımı sabahdan etibarən Ruhinin təşkilatçılığı ilə təqdim olunan “Özünə bax” layihəsində münsif kimi izləyə biləcəklər. Sənətçi Ruhinin təklifini qəbul edib, layihədə iştiraka razılıq verib.